GÜLƏŞ
---------------------------------------
Jalə Əliyeva bürünc medal qazanmağa çalışacaq
Elis Manolova isə ....
Bu gün Qırğızıstanın paytaxı Bişkekdə sərbəst və qadın güləşi üzrə reytinq xarakterli turnirə start verilib. Turnirin ilk günü baş məşqçi Semyon Çterevinin rəhbərliyi altında iki qadın güləşçimiz - Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) meydana çıxıb. Jalə elə startdaca uduzsa da, sonda onu məğlub edən Kexin Xonq (Çin) finala çıxmaqla ona mübarizəni təsəlliverici görüşlərələ davam etdirmək və bürünc medal uğrunda güləşmək şansı yaradıb. Jalə bürünc uğrunda türkiyəli Elvira Kamaloqlu ilə qarşılaşacaq. Təəssüflər olsun ki, digər təmsilçimiz - Elis Manolovanın belə şansı olmayıb. Belə ki, start görüşündə Dilfuz Aimbetovanı (Özbəkistan) məğlub edən təmsilçimiz 1\4 finalda almaniyalı Luize Niemeşə uduzub. Rəqibsə yarımfinalda uduzub finala çıxa bilmədiyi üçün Manolova mübarizəni dayandırıb. Turnir iyunun 4-dək davam edəcək. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, növbəti iki gündə isə baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında sərbəst güləşçilər xalçaya çıxacaqlar. İyunun 3-də Maqomedxan Maqomedov (97 kq) çıxış edəcək. Turnirin son günündə isə Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Turan Bayramov, Xadjimurad Qadjiyev, Cəbrayıl Qadjiyev (hamısı 74 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurmagomedov (92 kq) güləşəcək.
Qeyd edək ki, Bişkekdə 1-ci kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.