TAEKVONDO
-----------------------------------------
İki qələbənin ardından Xanoğlan Kərimov da mübarizəni dayandırdı
Mayın 29-da Bakıdakı "Krystal Holl"da startı verilən və böyüklər (kişi və qadın) arasında keçirilən taekvondo üzrə 26-cı dünya çempionatının bu günə təsadüf edən 4-cü günü də Azərbaycan yığması üçün uöursuz olub. Belə ki, bu gün mübarizəyə qatılan təmsilçimiz Xanoğlan Kərimov (63 kq) da iki qələbədən sonra. digər komanda yoldaşları kimi fiaskoya uğrayıb. Xatırladaq ki, startda (1\64 final)lAlfredo Martineşi iki, ardından Zakariya Muhammed Qalini (Səudiyyə Ərəbistanı) üçüncü raundda udaraq 1\16 finala yüksələn Kərimov bu mərhələdə üzləşdiyi danimarkalı Tobias Hittellə bacarmayıb və bununla da Azərbaycanın ev sahibliyi etdiyi mundialla vaxtından əvvəl vidalaşıb. Beləliklə, Azərbaycan yığması mundialın 4-cü günündə də fiaskoya uğrayaraq. medalsız qaldı.
Xatırladaq ki, mundialın ilk 3 günündə Azərbaycan yığmasının 6 üzvü - Cavad Ağayev (68 kq), Qaşim Maqomedov (58 kq), Fəridə Əzizova (67 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxıb və hamısı da fiaskoya uğrayaraq, mundialla erkən və əliboş vidalaşıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.