TAEKVONDO
----------------------------------
Taekvondoçumuz Xanoğlan Kərimov DÇ-da ikinci döyüşünü də udub
Bakıdakı "Krystal Holl" Arenada böyüklər (kişi və qadınlar) arasında taekvondo üzrə keçirilən dünya çempionatı davam edir. Çempionatın bu günə təsadüf edən 4-cü günü daha bir dayanq ustamız - Xanoğlan Kərimov (63 kq) mübarizəyə qatılıb. Təsnifat mərhələsindən (1\64 final) mübarizəyə qatılan idmançımız hələki çıxışını uğurla davam etdirir. Qeyd edək ki, start döyüşündə portuqaliyalı Alfredo Martineşi məğlub edən Kərimov 1\32 finalda isə Səudiyyə Ərəbistanı təmsilçisi Zakariya Muhammed Qalinini də məğlub edərək adını 1\16 finala yazdırıb. Bu mərhələdə isə onun rəqibi danimarkalı Tobias Hittell olacaq. Hələki Azərbaycan komandası medal hesabını aşmayıb.
Xatırladaq ki, mundialın geridə qalan 3 günündə Azərbaycan yığmasının 6 üzvü - Cavad Ağayev (68 kq), Qaşim Maqomedov (58 kq), Fəridə Əzizova (67 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxıb. Təəssüflər olsun ki, təmsilçilərimizin hamısı fiaskoya uğrayaraq, mundialla erkən və əliboş vidalaşıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.