ŞAHMAT
--------------------------
Rəcəbov geriləyərək Top-10-u tərk edib
Məmmədyarovsa yenə də 15-ci pillədədir
Beynəlxalq Şahamat Federasiyası (FİDE) dünya şahmatçılarının iyun ayının 1-ə olan yeni reytinq cədvəlini elan edib. Yeni cədvəl şahmatçılarımızın mövqe dəyişikliyi ilə diqqət çəkib. Əsas da Teymur Rəcəbovun (2747) Top-10-u tərk edədrək 13-cü pilləyə düşməsidir. Onunla müqayisədə Şəhriyar Məmmədyarov (2740) yerində saymaqla 15-ci pillədə qalıb. Top-100-də yer alan daha bir şahmatçımız - Qədir Hüseynov (2661) isə əvvəlki kimi 83-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, reytinq cədvəlinə yenə də sonuncu dünya çempionu Maqnus Karlsen (Norveç, 2853) liderlik edir. İkinci yerdə Fransa təmsilçisi Əlireza Firuzca (2786) qərarlaşıb. İlk üçlüyü isə Çindən olan Dinq Liren (2780) tamamlayır.
Qadın şahmatçılarımıza gəlincə, zəriflərimizdən 4-ü Top-100-də yer alıb ki, onların arasında da ən yzxşaı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2456 xalla cədvəldə 25-cidir. Aktivində 2401 xalı olan Ülviyyə Fətəliyeva 53-cü pillədə qərar tutub. Hərəyə 2357 val tolayan Xanım Balacayeva ilə Gülnar Məmmədova müvafiq olaraq, 80 və 83-cü yeri tutur. Zəriflərin reytinq cədvəlində ilk üçlüyü isə Xou İfan (Çin, 2628), Xampi Koneru (Hindistan, 2567) və Yu Vençjun (Çin, 2566) bölüşür.
Federasiayalara gəlincə, aktivində 2649 xalı olan Azərbaycan cədvəldə Rusiya (2698), Çin (2691), Hindistan (2689) və Ukraynadan (2657) sonra 6-cı yeri tutur.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.