TAEKVONDO
-------------------------------
Taekvondoçumuz Xanoğlan Kərimov DÇ-ya qələbəylə başlayıb
Bakıdakı "Krystal Holl" Arenada kişi və qadın taekvondoçular arasında keçirilən 26-cı dünya çempionatı davam edir. Mundiala ev sahibliyi edən Azərbaycan da daxil olmaqla, 245 komandanın heyətində yer alan 949 dayanq ustasının mübarizə apardığı dünya çempionatının bu günə təsadüf edən 4-cü günü kişilər 63, qadınlarsa +73 kq çəki dərəcəsində mübarizyə qatılıblar. Kişilərin yarışında ölkəmizi təmsil edən Xanqğlan Kərimov (63 kq) ilk döyüşünü uğurla başa vurub. Qeyd edək ki, mübarizəyə 1\64 finaldan qatılan Kərimov Portuqaliya təmsilçisi Alfredo Martineşlə qarşılaşıb. İki raundu dalbadal üstun durumda bitirən taekvondoçumuz adını növbəti mərhələyə (1\32 final) yazdırıb. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, ilk görüşündə 2:0 hesabı ilə qalib gələn Kərimov 1/32 finalda Səudiyyə Ərəbistanından olan Zakariya Muhammed Qalini sınağa çəkəcək.
Xatırladaq ki, mundialın geridə qalan 3 günündə Azərbaycan yığmasının 6 üzvü - Cavad Ağayev (68 kq), Qaşim Maqomedov (58 kq), Fəridə Əzizova (67 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxıb. Təəssüflər olsun ki, təmsilçilərimizin hamısı fiaskoya uğrayaraq, mundialla erkən və əliboş vidalaşıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.