“Gənc İntellektuallar Kampı” layihəsi baş tutdu
Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” Fərdi Qrant müsabiqəsinin qalibi olan “Gənc İntellektuallar Kampı” adlı layihə baş tutdu.
Belə ki, Gənclər Fondunun maliyyə dəstəyi ilə 25-26 may 2023-cü il tarixinlərində Şamaxı Peşə Liseyində həyata keçirilən “Gənclər İntellektuallar Kampı” layihəsi uğurla yekunlaşmışdır. Layihənin əsas məqsədi region gənclərinin intellektual inkişafına təkan vermək, onların intellektual oyunlara marağının artırılması və komanda ruhunun yüksəldilməsidir.
Layihə çərçivəsində 40 nəfər region gəncinin iştirakı ilə layihənin birinci günün “Xəmsə” intellektual yarışı keçirilmişdir. Layihənin növbəti günü 40 nəfər gənc hər birində 5 nəfər olmaqla komandaya bölünərək “BreynRinq” intellektual oyununda iştirak etdilər. Hər iki yarışda yüksək nəticə göstərən komanda üzvləri müxtəlif qiymətli hədiyyələrlə və kubokla təltif olunublar. Layihədə iştirak edən hər bir gəncə sertifikat təqdim olunub.
Layihənin davamlılığının qorunması məqsədi ilə eyni formatda layihələrin digər regionlarda da təşkil olunması istiqamətində işlər aparılacaqdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.