CÜDO
-----------------------------
Avstriya Qran-Prisində medal qazanan cüdoçularımız reytinq mövqelərini yaxşılaşdııblar
Finalda büdrəyən Məmmədəliyev 74, Süleymanovsa 33 pillə irəliləyib
Avstriyanın Lintse şəhərində kişi və qadın cüdoçular arasındda keçirilən reytinq xarakterli Qran-Pridən sonra Beynəlxalq Cüdo İttifaqı (İJF) tatami ustalarının yeni reytinq cədvəlini elan edib. Qeyd edək ki, həmnin yarışda medal qazanan Azərbaycan cüdoçuları reytinq cədvəlindəki mövqelərini xeyli yaxşılaşdırıblar. Yalnız həlledici finalda büdrəyən Rəşad Məmmədəliyev (73 kq) birdənbirə 74 pillə irəliləyərək Top-100-ə daxil olmaqla 70-ci olub. Həmin turnirdə eyni nəticə göstərən Kamran Süleymanov (66 kq) isə 33 pillə yüksələrək 39-cu olub. Daha bir medalçıçmız, Qran-Pridə 3-cü yeri tutan Gültac Məmmədəliyeva (52 kq) isə 5 pillə irəliləməklə 24-cü yerə qalxıb.
Digər cüdoçularımız gəlincə, Hidayət Heydərovla (73 kq) Zəlim Kotsayev (100 kq) əvvəlki kimi yenə də öz çəkilərində ikincidir. 81 kq-da tatamiyə çıxan Səid Mollai və 60 kq-da güləşən Balabəy Ağayev də əvvəlki mövqelərini qoruyub saxlayıb. Mollai yenə də 3-cü, Ağayevsə 4-cü pillədə yer alıb. Yığmanın veteranlarından hesab edilən Məmmədəli Mehdiyev (90 kq) yeni cədvəldə də Top-10-u tamamladığı halda, Orxan Səfərovla (66 kq) Uşanqi Kokuari (+100 kq) 11-ci yerdə qərarlaşıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.