TAEKVONDO
-----------------------------------
Qadın yığmamızın lideri Fəridə Əzizova da mundialla vidalaşıb
Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatınən ikinci günü də mundiala ev sahibliyi edən Azərbaycan komandası üçün uğursuz olub. Belə ki, ikinci gün dayanq üzərinə çıxan hər iki təmsilçimiz mübarizəni elə start görüşündəcə dayandırıb. Qeyd edək ki, 58 kq çəkidə dayan üzərinə çıxaraq 1\32 finaldan mübarizəyə qatılan və elə bu mərhələdə də Çin təmsilçisi Kay Çenqə uduzan taekvondoçumuz Qaşım Maqomedovun ardından mübarizəyə 1\16 finaldan başlayan həmyerlimiz Fəridə Əzizova (67 kq) da fiaskoya uğrayıb. O, 1\32 finalda polşalı Justina Koşalkovskini məğlub edən ABŞ təmsilçisi Kristina Teaçotla bacarmayıb. İlk isi raundda uduzan Əzizova ev sahibliyi etdiyimiz mundialda mübarizəni dayandırıb.
Xatırladaq ki, dünya çempionatının start günündə isə yığmamızın üzvü Cavad Ağayev (68 kq) erkən məğlub olmuşdu.
Qeyd edək ki, iyunun 4-dək davam edəcək mundialda 145 komanda və 949 dayanq ustası mübarizə aparır.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.