TAEKVONDO
-----------------------------------
Cavad Ağayev mundialla erkən vidalaşıb
Bu gün paytaxt Bakıda kişi qadın taekvondoçular arasında sayca 26-cı dünya çempionatına start verilib. "Krystal Hall" Arenada təşkil edilən çempionatın start günü çəkisi 68 kq olan kişilər (73 idmançı) və 57 kq-da qadınlar (50 idmançı) mübarizəyə qatılıblar. Mundialın start günü Azərbaycan yığmasından yalnız Cavad Ağayev (68 kq) dayanq üzərinə çıxıb. Təsnifat mərhələsindən azad olan Ağayev mübarizəyə ikinci mərhələdən (1\32 final) qatılıb. Burada o, Qırğızıstan təmsilçisi Eldar Kurmanalıyevə qarşılaşıb. Döyüş Azərbaycan idmançısının tam üstünlüyü ilə başa çatıb - 10:1. Xatırladaq ki, ötənilki dünya çempionatının bürünc mükafatçısı bu qələbədən sonra 1\16 finala yüksəlib Çin idmançısı Çenminq Ksyao ilə qarşılaşıb. Qarşılaşmanın birinci hissəsində rəqib 4:7 hesabla irəlidə olsa da ikinci hissədə Ağayev qabağa mçıxmağa nail olub - 9:7. Di gəl ki, Ağayev döyüşün 3-cü həlledici hissəsində yenə də rəqib güclü olub. Bununla da Ağayev Azərbaycanın ev sahibliyi etdiyi mundialla erkən və əliboş vidalaşıb.
Qeyd edək ki, bu gün start götürən dünya çempionatı iyunun 4-də başa çatacaq. Yarışda 145 ölkədən 949 idmançı 16 dəst medal uğrunda mübarizə aparırlar. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Bu gün saat 15:00-da mundialın təntənəli açılış mərasimi olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.