FUTBOL
-------------------
"Bavariya" 33-cü turda əldən verdiyi çempionluğu 34-cü turda geri qaytarıb
Münhenlilər 11-ci dəfə dalbadal, ümumilikdəsə 33-cü dəfə Bundesliqanın qalibi olublar
Almaniya Bündesliqasında 34-cü turun oyunları ilə 2022\23-cü illər mövsümünə yekun vurulub. Tur heç kəsin gözləmədiyi sonluqla bitib. Belə ki, 33-cü tura qədər çempionluğu heç kəsdə şübhə yaratmayan "Bavariya" gözlənilmədən doğma divarlar arasında "Leypsiq"ə 1:3 hesabıyla uduzaraq çempionluğunu sual altına salmışdı. Digər tərəfdən onun yarış cədvəlində ən yaxın təqibçisi olan "Borussiya" (Dortmund) elə həmnin turdaca səfər matçını qələbə ilə bitirməklə iki xal fəqriylə "Bavariya"nı qabaqlamışdı. Artıq demək olar ki, dortmundlular çempionluğu son turda qeyd edəcəklərinə tam əmin idilər. Çünki, son tura qədər "Bavariya"nı iki xal geridə qoyan "Borussiya" (D) bu dəfə doğma divarlar arasında "Mayntse"ni (turnir cədvəlində 9-cu olan) qəbul edəcəkdi. "Bavariya" isə əksinə səfərdə "Köln" klubunun qonağı olacaqdı. Belədə isə "Borussiya"nın çempionluğu özünün, "Bavariya"nın çempionluğu isə özgə əldə idi. Həm borussiya, həm də "Bavariya" turu qələbə ilə bitirəcəyi təqdirdə dortmundlular Bundesliqnın qalibi olacaqdılar. Mütəxəssislərin rəyinə görə, "Borussiya"nın 82, "Bavariya"nın isə cəmi 18 faiz çempion olmaq şansı var idi. Di gəl ki, hər şey gözlənilənin əksinə olub. Tomas Tuxelin başçılıq etdiyi "Bavariya" səfərdə "Köln" üzərində 1:2 hesablı qələbə qazandığı halda, "Borussiya" evdə qonağının müqavimətini qıra bilməyib. Oyun 2:2 hesabı ilə bitincə "Bavariya" 33-cü turda itirdiyi çempionluğunu möcüzə nəticəsində özünə qaytarıb. Bu münhenlilərin Bundesliqada dalbadal 11-ci, ümumilikdə isə 33-cü qələbələri olub.
Yeri gəlmişkən, Tomas Tuxel "Bavariya"da baş məşqçi postuna martın 24-də gətirilib. O, "Bavariya" UEFA Çempionlar Liqasının 1\4 finalında və eləcə də Almaniya Kubokunda mübarizəni dayandırandan sonra istefaya göndərilən Yulian Naqelsmannı əvəzləyib.
Beləliklə, Bundesliqanın son turuna qəmli girən "Bavariya" turu sevinclə tərk edib, tura qələbə ruhunda girən "Borussiya" (D) isə turu və meydanı göz yaşları ilə tərk edib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.