25 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

“Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb (+FOTO=8)

2 il əvvəl 678 01

“Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər”

mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

Mayın 24-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb. Tədbir AR Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə keçirilir.
“Holiday Inn Baku” otelində keçirilən açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Elm və Təhsil Nazirliyinin tabeliyində olan bir sıra elmi müəssisələrin baş direktorları, əməkdaşları, Milli Məclisin deputatları, SOCAR-ın nümayəndələri, Türkiyə, Gürcüstan, Özbəkistan, Türkmənistan, İsrail, Qazaxıstan, Rusiya, Tacikistan və digər ölkələrdən alimlər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının bir neçə mərhələdən ibarət olduğunu, ilkin mərhələdə, yəni Ulu Öndərin ölkəmizə rəhbərlik etməyə başladığı 1969-cu ildən etibarən Xəzərdə aparılan geoloji-kəşfiyyat, qazma işləri nəticəsində Azəri-Çıraq-Günəşli kimi dərinliklərdə yerləşən zəngin neft yataqlarının kəşf olunduğunu deyib.
Diqqətə çatdırıb ki, müstəqillik illərində Ümummilli Lider “Neft Azərbaycanın milli sərvətidir” devizini əsas tutaraq xarici neft şirkətlərini ölkəmizə dəvət etdi, yeni neft strategiyası işlənib hazırlandı. Akademikin sözlərinə görə, həmin dövrdə ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev yeni neft strategiyasının hazırlanması və uğurla həyata keçirilməsində ən fəal iştirakçılardan oldu.
Akademik Fəxrəddin Qədirov bildirib ki, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”ni Ulu Öndər Heydər Əliyev ölkəmizin suverenliyinin qarantı və iqtisadiyyatımızın inkişaf etdirilməsinin əsas faktoru olduğunu bəyan etdi, 1999-cu ildə isə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin çəkilişi haqqında müqavilə imzalandı.
Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Fəxrəddin Qədirov 2017-ci ildə Azəri-Çıraq-Günəşli yatağının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişinin 2056-cı ilə qədər uzadıldığını vurğulayıb.
Akademik Fəxrəddin Qədirov Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində Musa Əliyev, Şəfaət Mehdiyev, Xoşbəxt Yusifzadə kimi Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinin xüsusi rolu olduğunu, müstəqillik illərində isə Geologiya və Geofizika İnstitutunun bu sahədə fərqləndiyini söyləyib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, rezerv və neft strategiyası mövzusu Heydər Əliyev və Azərbaycan dövlətçiliyi probleminin ana xətlərini müəyyən edən strateji əhəmiyyətə malik bir məsələdir. Qeyd edib ki, Heydər Əliyevin şəxsiyyətinin və onun gördüyü işlərin miqyası əhəmiyyətli  elmi araşdırmalar aparmağa, monoqrafiyalar yazmağa, dissertasiyalar müdafiə etməyə, ümumiləşdirmələr aparmağa tam əsas verir.
“Bütün bunlarla bərabər hesab edirəm ki, Heydər Əliyev və neft strategiyası, Heydər Əliyev və Azərbaycan nefti məsələsi bu mövzuların içərisində əsas yer tutur. Heydər Əliyevin neft strategiyası məsələsi Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi həm birinci mərhələdə, həm də ikinci mərhələdə tale ilə, inkişafla, yüksəlişlə bağlıdır. Ulu Öndər Azərbaycan neftindən xalqımızın milli maraqlarına uyğun istifadəsi siyasətini həyata keçirmək üçün mümkün yolları tapmağı bacarmışdı”, - deyə akademik İsa Həbibbəyli bildirib.
AMEA rəhbəri qeyd edib ki, Ulu Öndər SSRİ dövründə Azərbaycanda neft emalı sənayesini bərpa etməklə və miqyasını genişləndirməklə ölkədən xam neft ixracının payını qat-qat azaltmağa nail olmuş, apardığı siyasət nəticəsində neft hasilatı bir neçə dəfə artmış və ölkəmizə düşən pay əvvəlki illərdən çox olmuşdur. Həmçinin bildirib ki, Ulu Öndər SSRİ rəhbərliyinin diqqətini Azərbaycanın başqa potensialına, üzümçülük, şərabçılıq sənayesinə, bostan tərəvəz məhsullarına yönəltməklə sovet ittifaqının Azərbaycana yönəlmiş neft siyasətini yumşaltmağa qadir ola bilmişdir: “Bütün bunlar əsas verdi ki, Azərbaycan xam neft istehsal edən və ixrac edən ölkədən neft sənayesi məhsulları ixrac edən ölkəyə çevrilmişdir. Azərbaycan neft sənayesində iş yerlərinin sayı 10 dəfədən çox artmışdır. Azərbaycandan ixrac olunan neft məhsulları ölkəmizin dünyada bir dövlət və xalq kimi tanıdılmasına şərait yaratmışdır. Bu, Heydər Əliyevin SSRİ dövründəki neft siyasətinin əsasını təşkil edirdi. Heydər Əliyev bu yolla sovet rejiminin sərt illərində belə Azərbaycan neftindən xalqımızın mənafeyi naminə istifadə etməyin əsaslarını qoymuşdur. Bu isə geniş mənada ölkəmizin gələcəkdə iqtisadi müstəqilliyinin əsaslarını yaratmaq demək idi”.
Ölkəmizin müstəqilliyinin ilk illərində üzləşdiyi çətin iqtisadi böhran barədə də danışan akademik İsa Həbibbəyli Ulu Öndərin diplomatik bacarığı, uzaqgörənliyi, dəmir iradəsilə imzalanmış “Əsrin müqaviləsi” ilə xarici investorları ölkəmizə gətirdiyini, hasilatın pay bölgüsü ilə Azərbaycan neftindən xalqımızın mənafeyi naminə istifadə etməyi bacardığını söyləyib. Diqqətə çatdırıb ki, bununla bir çox dövlətin Azərbaycanın dostuna və tərəfdaşına çevrildiyini, ölkəmizlə həmrəy olduqlarını, ölkəmizin real gəlirinin və dövlət büdcəsinin formalaşdığını, Azərbaycanın inkişaf etməyə başladığını vurğulayıb.
Prezident İlham Əliyevin Ulu Öndərin cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, neft strategiyası istiqamətində də atdığı bütün addımları böyük bacarıqla, istedadla, iradə ilə inkişaf etdirdiyini deyən AMEA rəhbəri həmin zəmin əsasında ölkə başçısının yeni neft epoxasını formalaşdırdığını, TANAP, TAP, “Cənub Qaz Dəhlizi” kimi və digər beynəlxalq layihələrin həyata keçirildiyini bildirib. Vurğulayıb ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas rol oynayır və neftin, qazın satışından əldə olunan gəlir ölkəmizdə qeyri-neft sektorunun inkişafına, ən əsası isə insan kapitalına yatırılır.
Sonra AR Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə çıxış edərək bildirib ki, tədbirdə bir çox ölkədən qonağın iştirak etməsi Azərbaycanın neft strategiyasının hələ də dünyanın diqqətində olmasının göstəricisidir. Ulu Öndərin 1969-cu ildə respublika hakimiyyətinə gəldikdən sonra Azərbaycanın neft strategiyasında əsaslı dönüşün qeydə alındığını deyən akademik Akif Əlizadə həmin dövrdə Heydər Əliyevin atdığı addımların Azərbaycanın neftini qorumaq və gələcək nəsillərə saxlamaq məqsədi daşıdığını söyləyib. Qeyd edib ki, Ümummilli Liderin həmin dövrdə SSRİ-nin aparıcı ali təhsil və elm ocaqlarında təhsil almağa göndərdiyi gənclər arasında neft üzrə mütəxəssislər də vardı. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən Azərbaycanın investisiya qoymağa imkanı olmadığını xatırladan akademik Akif Əlizadə məhz Ulu Öndərin məharəti və simasının bu müqavilənin həyata keçirilməsində mühüm rol oynadığını deyib, görkəmli dövlət xadiminin daim xatirələrdə, yaddaşlarda qalacağını bildirib.
SOCAR-ın baş geoloqu Arzu Cavadova isə təmsil etdiyi qurum tərəfindən aparılan neft strategiyasından danışıb, bu gün SOCAR-da neft-qaz-kondensatından əlavə, bərpa olunan alternativ enerji mənəbələri üzrə də işlərin davam etdirildiyini söyləyib, konfransın Ulu Öndərin neft siyasətini yenidən tədqiq etməyə imkan verəcəyini deyib və tədbirin işinə uğurlar arzulayıb.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin neft strategiyasını əks etdirən film nümayiş olunub.
Konfransda, həmçinin AMEA-nın müşaviri, akademik Yaqub Mahmudov “Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyəti”, Neft və Qaz İnstitutunun professoru Vaqif Kərimov və Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin əməkdaşı Ulyana Serikova “Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev – Azərbaycanın neft strategiyası konsepsiyasının müəllifidir”, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Neft və Qaz İnstitutunun elmi katibi, y.e.ü.f.d. Şəlalə Hüseynova və şöbə müdiri, g.-m.e.d. Namaz Yusubov “Karbohidrogen sistemləri və palçıq vulkanizmi: paragenezis və ya birgə inkişaf” və Türkiyənin Dokuz Eylül Universitetinin professoru Günay Çiftci “Yeni oyun dəyişdiricisi: dəniz qaz hidratları” mövzularında məruzələrlə çıxış ediblər.
Öz işini elmi sessiyalarla davam etdirən konfrans mayın 25-də başa çatacaq. Mayın 26-da isə konfrans iştirakçıları palçıq vulkanlarına səfər edəcəklər.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

John Doe 1 il əvvəl

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

John Doe 1 il əvvəl

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

John Doe 1 il əvvəl

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

John Doe 1 il əvvəl

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

John Doe 1 il əvvəl

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com