ŞAHMAT
----------------
Günay Məmmədzadə yenə də heç-heçə oynayıb
Nikosiidə (Kipr) qadın şahmatçılar arasında keçirilən və mükafat fondu 80 min avro təşkil edən FİDE Qran-Prisinin sonuncu (4-cü) mərhələ yarışı artıq başa çatmaq üzrədir. Qeyd edək ki, azərbaycanlı qrossmeyster Günay Məmmədzadə də daxil olmaqla 12 şahmatçının dairəvi sistem üzrə mübarizə apardığı turnirdə bu gün 10-cu turun oyunları keçirilib. Hesabat turunda Məmmədzadə yarış cədvəlində özünün ən yaxın qonşusu olan gürcüstanlı Nana Dzaqnidze ilə qarşılaşıb. Görüş heç-heçə bitincə tərəflər hərəyə yarım xal qazanıblar. Turnirin başa çatmasına bir tur qalmız Məmmədzadə aktivindəki 4,5 xalla 6-8-ci (6-cı) yerləri bölüşür. Sabah Qran-Priyə 11-ci turla yekun vurulacaq. Xatırladaq ki, 80 minlik mükafat 11-ci turdan sonra yarış cədvəlində 1-8-ci yerləri tutan şahmatçılar arasında bölüşdürüləcək. Bir məqamı da qeyd edək ki, 4 Qran-Prinin ümumi yekun yarış cədvəlində ilk iki yeri tutan şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanmış olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.