ŞAHMAT
---------------------------------------
Günay Məmmədzadə Qran-Pridə lideri məğlub edərək ikinci qələbəsini qazanıb
Kiprin Nikosi şəhərində qadın şahmatçılar arasında keçirilən və iddiaçılar turnirinə seçmə xarakteri daşıyan FİDE Qran-Prisinin 4-cü mərhələsi davam edir. Qeyd edək ki, mükafat fondu 80 min avro təşkil edən və azərbaycanlı qrossmeyster Günay Məmmədzadənin də iştirak etdiyi bəlli turnirdə dünən sayca 9-cu tura yekun vurulub. Tur azərbaycanlı şahmatçı üçün uğurlu olub. Maraqlıdır ki, ilk 8 turdan sonra topladığı 3,5 xalla 9-10-cu (9-cu) yerləri bölüşən Məmmədzadə hesabat turunda yarış cədvəlinə 5,5 xalla vahid liderlik edən Diana Vaqnerlə (Almaniya) qarşılaşıb və onu məğlubiyyətə uğradıb. Bu Günayın sözügedən turnirdə ikinci qələbəsidir. Bu qələbədən sonra aktivindəki xalların sayını 4,5-ə çatdıran şahmatçımız yarış cədvəlində 6-cı (6-8-ci yerlər) pilləyə yüksəlib. Xatırladaq ki, startda qalib gələn Məmmədzadə növbəti iki turda (2-3-cü turlar) məğlubiyyətlə üzləşdikdən sonra ardıcıl olaraq, 5 turda rəqiblə sülh bağlamışdı. Turnirdə 12 şahmatçı dairəvi sistem üzrə mübarizə aparır (11 tur). Onu da qeyd edək ki, Məmmədzadə FİDE Qran-Prisinin 4 mərhələ yarışından yalnız birində iştirak edir. Reqlamentə görə, 4 mərhələdən sonra tərtib ediləcək yekun turnir cədvəlində ilk iki yeri tutan şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanmış olacaq.
Turnirin bitməsinə iki tur qalır. Hazırda hərəyə 5,5 xal toplayan Dinara Vaqner (Almaniya), Tan Çjunyi (Çin) və Xarika Dronovallidən (Hindistan) ibarət trio yarış cədvəlinə şərikli liderlik edir.
Bu gün keçiriləcək 10-cu turda Məmmədzadə yarış cədvəlində qonşusu olan gürcüstanlı Nana Dzaqnidze ilə qarşılaşacaq. Sabah Qran-Priyə 11-ci turla yekun vurulacaq və 80 min avroluq mükafat ilk 8 yeri tutanlar arasında bölüşdürüləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.