AzMİU-nun güləş məşqçisi 15-ci Paul Klein Fəxri Kuboku ilə təltif olunub
Ramin Allahverdiyev Almaniyanın Lüdviqshafen şəhərində keçirilən 15-ci Paul Klein Xatirə Turnirində yarışın təşkilatçıları tərəfindən fəxri kubokla təltif edilib.
Lüdviqşafen şəhərində 17 yaşadək sərbəst güləşçilər arasında 15-ci dəfə Paul Klein açıq turniri keçirilib. Ölkəmizi bu yarışda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İdman Klubunun güləş müəllimi, əməkdar məşqçi Ramin Allahverdiyevin rəhbərliyi ilə 2 yeniyetmə güləşçi təmsil edib. Almaniyanın müxtəlif əyalətlərindən və Belçikadan 200-ə yaxın idmançının qatıldığı turnirdə Saleh Şahverdiyev (65 kq) qızıl, Riad İsmayılov (80 kq) bürünc medal qazanıb.
AzMİU-nun məşqçi-müəllimi Ramin Allahverdiyev də yarışın təşkilatçıları tərəfindən təltif edilib. Ona 15-ci Paul Klein Fəxri Kuboku təqdim olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.