ŞAHMAT
--------------
Günay Məmmədzadə Qoryaçkinayla da sülh bağlayıb
Kiprin Nikosii şəhərində qadın şahmatçılar arasında keçirilən və mükafat fondu 80 min avro təşkil edən FİDE Qran-Prisinin 4-cü mərhələ yarışı davam edir. Dairəvi sistem üzrə keçirilməklə 11 turdan ibarət olan turnirdə sayca 7-ci tura yekun vurulub. Turnirdə ölkəmizi təmsil edən Günay Məmmədzadə hesabat turunda Aleksandra Qoryaçkina (FİDE təmsilçisi) ilə qarşılaşıb. Qeyd edək ki, birinci turu qələbə ilə başa vurduqdan sonra iki turda ardıcıl olaraq uduzan və sonrakı üç turda rəqiblə slüh bağlayaraq xalları bölən Məmmədzadə bu dəfə də sülh razılaşmasını davam etdirib - 0:5:0:5. Bu turdan sonra aktivindəki xalların sayını 3-ə çatdıran şahmatçımız əvvəlki kimi yenə də 8-ci (8-11-ci yerlər) pillədə qərarlaşıb.
Bu gün isə o, hindistanlı Xarika Dronavali ilə qarşılaşacaq. Rəqib 4,5 xalla 2-3-cü yerləri bölüşür.
Qeyd: 4 Qran-Pridən sonra ümumi yarış cədvəlində ilk iki yeri tutan şahmatçı iddiaçılar turnirində iştirak etmək hüququ qazanmış olacaq. Məmmədzadə yalnız bir mərhələyə dəvət edilib. Onu da qeyd edək ki, bu mərhələnin 80 min avroluq mükafat fondu yarışda ilk 8 yeri tutanlar arasında bölüşdürüləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.