İstanbulda vəhşilik: 20 başı kəsilmiş pişik tapıldı
İstanbul Başakşehirdə 20 pişik ölmüş vəziyyətdə tapılıb. Sakinlər məhəllənin müxtəlif nöqtələrində ümumilikdə 20 pişiyin ölüsünü aşkar ediblər. Pişiklərin başı bədənindən kəsilərək öldürüldüyü bildirilib. Olanlara səssiz qalmayan sakinlər binanın qarşısına toplaşıblar. Hadisəni görənlər polisə və bələdiyyə səlahiyyətlilərinə zəng ediblər. Vətəndaşlar bu hadisənin it hücumu olmadığının müəyyən edildiyini bildiriblər. Hadisənin tez bir zamanda aydınlaşdırılmasını, şübhəli və ya şübhəlilərin tutulmasını istəyən bina sakinləri bu sözləri deyiblər: “Onun ana pişiyi və cəmi 15 pişiyi var idi. Bazar günü axşam gələndə bir yerdə 11 pişik, digər mənzilin ətrafında isə bir yerdə 5 pişik tapdıq. Bazar ertəsi onun kim olduğunu öyrənmək üçün təhlükəsizlik kamerası görüntüləri yoxlanıldı, lakin kamera görüntüləri istədiyimiz kimi olmadı. Havalar soyumadan 6-cı və 4-cü blokda yerləşən binanın yanğın nərdivanında başı kəsilmiş, qolu kəsilmiş heyvan... Bunu kim edir? Aramızda bir bədxah gəzir. Həmin axşam polisə zəng etdik, bələdiyyə işçiləri pişikləri yığmağa gəldilər, dedilər ki, it deyil. Binada şübhələndiyimiz insanlar var. Buranı çox yaxşı tanıyan birisi... Təhlükəsizlik kameralarının olmadığını bilir”. Heyvanlara əzab vermək ən böyük günahlardan biridir. Dilsiz-ağızsız heyvana edilən işgəncə insanda mərhəmətsizliyin göstəricisidir. Bu manyaklığın göstəricisidir.
Umay
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.