24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

Bakıda “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans keçirilir

2 il əvvəl 565 01

Bakıda “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans keçirilir

Mayın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: humanitar tətbiqlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Beynəlxalq tədbir Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfədir keçirilir.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli konfransın bütün region üçün aktual və yeni elmi istiqamətlərə həsr olunduğunu vurğulayıb, tədbirin AMEA-da məhkəmə arxeologiyası və antropologiyası məsələlərinə dair ilk konfrans olduğunu diqqətə çatdırıb. O, beynəlxalq konfransın işğaldan azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən 30 il ərzində törədilmiş cinayətlərin arxeoloji və antropoloji baxımdan tədqiqinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Alim Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda hələ bir neçə il öncə Antropologiya Mərkəzinin yaradıldığını xatırladaraq, Akademiyada antropoloji tədqiqatların aparılmasına böyük diqqət yetirildiyini bildirib. Diqqətə çatdırıb ki, bu günlərdə Antropologiya Mərkəzinin son 4 il ərzində apardığı tədqiqatların nəticələrindən ibarət elmi məqalələr toplusunun I buraxılışı işıq üzü görüb.

AMEA rəhbəri qeyd edib ki, Antropologiya Mərkəzində fəaliyyət göstərən gənc tədqiqatçıların dünyada antropologiya elmində gedən prosesləri, bu istiqamətdə əldə olunan mühüm elmi nəticələri və beynəlxalq təcrübəni öyrənməsi, eləcə də ölkəmizdə antropologiya elmini inkişaf etdirməsi üçün dünya arxeoloq və antropoloqlarının bir araya gəldiyi bu kimi konfransların keçirilməsinin böyük önəmi vardır.

“Prezident İlham Əliyevin diqqət və qayğısı ilə həm məhkəmə-ekspertiza sistemi, həm dövlət təhlükəsizlik sistemi, eləcə də digər inzibati orqanlarda, o cümlədən AMEA-da son illərdə antropologiya və məhkəmə arxeologiyası üzrə tədqiqatlar aparılmaqdadır”, - deyən alim bugünkü konfrans vasitəsilə qurulacaq əlaqələrin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Akademik İsa Həbibbəyli Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında xidmətlərinin nəticəsi olaraq müstəqillik qazandığını və ölkə Prezidenti İlham Əliyevin bu hüquqi dövləti bütün istiqamətlər üzrə inkişaf etdirərək dünyada və regionda nüfuzlu bir dövlətə çevirdiyini vurğulayıb.

“Prezident İlham Əliyev apardığı xarici və daxili siyasətlə müstəqil Azərbaycanı yeni bir intibah səviyyəsinə qaldırmışdır”, - deyən AMEA prezidenti 30 il ərzində Ermənistanın işğalı altında olmuş torpaqlarımızda törədilmiş vəhşiliklərin bu torpaqların azad olunmasından sonra araşdırılması üçün görülən işlərdən danışıb. O, bu ərazilərdə erməni vəhşiliklərinin nəticəsi olan kütləvi meyitlərin kimliyinin müəyyənləşdirilməsində, bu istiqamətdə elmi tədqiqatlara əsaslanan nəticələrin əldə olunmasında problemlərin olduğunu deyərək, bu baxımdan bugünkü konfransın təşkilatçısı olan qurumların birgə fəaliyyətinin önəminə toxunub.

Akademik İsa Həbibbəyli hüquqi, siyasi və elmi əhəmiyyətə malik olan tədbirin məhkəmə arxeologiyası və antropologiyası sahələrində ABŞ, Argentina, Bosniya və Herseqovina, İsveçrə, Kanada, Kipr, Peru, Türkiyə, o cümlədən Azərbaycandan olan mütəxəssis və elmi tədqiqatçıları bir araya gətirdiyini söyləyib, qeyd edilən sahələrin beynəlxalq standartlar, multidissiplinar çərçivə və humanitar yanaşma tətbiq edilərək Azərbaycanda elmi əsaslarının qoyulmasını və inkişaf etdirilməsini hədəflədiyini diqqətə çatdırıb.

Sonra çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov mühüm elmi istiqamətləri əhatə edən beynəlxalq konfransın işinə uğurlar arzulayıb.

İsmayıl Axundov Birinci və İkinci Qarabağ müharibəsindən sonra Ermənistana təhvil verilən şəxslərin sayı haqqında statistik məlumatları diqqətə çatdırıb. Bildirib ki, qarşı tərəfə I Qarabağ müharibəsində 500 nəfərdən çox, II Qarabağ müharibəsindən sonra keçən müddət ərzində isə 181 erməni əsilli şəxs azad edilərək təhvil verilib.

Onun sözlərinə görə, BQXK münaqişə dövründə qoşunların qarşıdurma xəttində və döyüşdə həlak olmuş, həmçinin əsir-girovluqda ölmüş hər iki tərəfə aid yüzlərlə insanın meyitinin qarşılıqlı şəkildə tərəflərə təhvil verilməsində iştirak edib.

İşçi Qrupun rəhbəri 1992-ci ildən başlayan əməkdaşlıq dövründə BQXK-nın yaxından iştirakı ilə 700-ə yaxın humanitar prosesin həyata keçirildiyini bildirib.

İsmayıl Axundov, həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işində, bu istiqamətdə aparılan tədqiqatlarda AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşlarının yaxından iştirak etdiklərini vurğulayıb.

Tədbirdə BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Koiç çıxış edərək məhkəmə tibbi ekspertizasından, təmsil etdiyi qurumun fəaliyyətindən və təcrübəsindən söz açıb. O, əsir və itkin düşmüş insanlar haqqında məlumatların, eləcə də bioloji nümunələrin toplanılmasında müxtəlif ölkələrə köməklik göstərdiklərini bildirib.

Draqana Koiç diqqətə çatdırıb ki, təmsil etdiyi təşkilat itkin düşən şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində Azərbaycanla yaxından əməkdaşlıq edir. Onun sözlərinə görə, itkin və əsir düşmüş şəxslərin taleyinin müəyyənləşməsində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə də sıx əlaqələr mövcuddur.

BQXK təmsilçisi “Azərbaycanda münaqişə ilə əlaqədar itkin düşmüş şəxslərin qalıqlarının götürülməsi və identifikasiyası üzrə Pilot layihə”nin həyata keçirilməsinə dəstək verdiklərini də vurğulayıb. O, konfransın bu sahələrin inkişafına və əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Daha sonra AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov çıxış edərək məhkəmə arxeologiyası və məhkəmə antropologiyası mövzusunda Cənubi Qafqaz regionunda keçirilən ilk beynəlxalq tədbirin əsas müzakirə obyektinin Birinci Qarabağ Müharibəsi dövründə (1988-1994-cü illər) itkin düşmüş şəxslərin taleyi məsələsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun rəşadəti nəticəsində Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra, işğaldan azad edilmiş ərazilərdə yerləşən kütləvi məzarlıqların müəyyən edilməsi, həmin ərazilərdə qazıntı işlərinin aparılması, aşkar olunan insan qalıqlarının şəxsiyyətlərinin müəyyənləşdirilməsi də tədbirin məqsədləri sırasındadır.

Direktor 2022-ci ilin fevral ayında Xocavand rayonunun Edilli kəndi ərazisində aşkar edilən insan skeletlərinin tədqiqi üçün institut əməkdaşlarının əraziyə ezam olunduğunu və aparılan qazıntı işləri zamanı 7 skeletin tapıldığını qeyd edib: “Antropoloqlarımızın, Hərbi Prokurorluq və Patoloji Anatomiya Birliyi mütəxəssislərinin verdiyi rəyə görə, bu skeletlar Birinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan Ordusunun döyüşçülərinə məxsusdur”.

O, keçən il Dövlət Komissiyasının üzvləri ilə birlikdə institutun əməkdaşı, t.ü.f.d. Akif Quliyevin Şuşa, Daşaltı və Xocavənd rayonu ərazilərində kütləvi məzarlıqların güman edildiyi yerlərdə kəşfiyyat işləri apardığını diqqətə çatdırıb. Professor Abbas Seyidov bildirib ki, Dövlət Komisiyasının işçi qrupu Qarabağda - Edilli kəndi ərazisində axtarış işlərini davam etdirmiş, tədqiqatlar zamanı tək halda 6, kütləvi halda isə 12 nəfərə aid insan qalıqları aşkarlanmışdır. 2022-ci ilin oktyabrında Edillida davam edən tədqiqatlar zamanı isə daha 4 nəfərə aid insan skeleti aşkar edilmişdir.

Direktor hazırda ekspedisiyanın Füzuli rayonunun Yuxarı Seyidəhmədli və Aşağı Seyidəhmədli kəndləri ərazisində tədqiqat işlərini davam etdirdiklərini söyləyib.

Daha sonra beynəlxalq tədbir işini panel iclasları ilə davam etdirib.

Qeyd edək ki, mayın 24-dək davam edəcək konfransda müxtəlif ölkələrdən olan iki yüzdən çox iştirakçı məhkəmə arxeologiyası və antropologiyası ilə bağlı bilik və təcrübələrini bölüşəcəklər.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

John Doe 1 il əvvəl

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

John Doe 1 il əvvəl

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

John Doe 1 il əvvəl

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

John Doe 1 il əvvəl

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

John Doe 1 il əvvəl

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com