Masallıda əlil ailəsi mənzillə təmin olunub
Masallı rayonunun Banbaşı kənd sakini Əlicanov Adış Elbəyi oğlu 9 nəfərdən ibarət ailə üzvlərindən 2 nəfərinin I qrup əlil, 2 nəfərinin isə SİMU olması, yaşayış sahəsinin çox darısqal olduğunu, ailənin maddi imkanlarının olmadığını bildirib, uzun illərdir yuxarı rəhbər orqanlara müraciət edərək ona fərdi yaşayış evinin tikilməsinə kömək göstərilməsini xahiş edib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ailənin yaşadığı ünvana gedərək, onlarla ətraflı söhbət edib, ailənin maddi durumu və yaşayış şəraiti ilə tanış olub.
“Heydər Əliyev İli” çərçivəsində rayon icra hakimiyyətinin təşəbbüsü ilə daxili imkanlar hesabına ailə üçün qısa müddətdə ümumi sahəsi 160 kvadratmetr ölçüdə olan bir mərtəbəli fərdi yaşayış evi tikilib.
Ailə üzvləri evin tikilərək onların istifadəsinə verilməsində göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.