Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin sədri Səkinə Babayeva
18-19 may tarixində Tatarıstanın paytaxtı Kazan şəhərində “Rusiya- İslam dünyası” Kazan Forum 2023 Beynəlxalq iqtisadi forumda iştirak edib.
Assosiasiya sədrini Tatarıstan Milli Məclisinin üzvü Albina Nasrullayeva qarşılayıb.
Tatarıstan Respublikasının Dövlət Şurası, Əmək, Məşğulluq Nazirliyi və Tatarıstan Respublikasının sosial müdafiəsi, "Merhamet" dövlət qadın deputatlarının birliyi və Tatarıstan Respublikası Şurasının təşkilatçılığı ilə keçirilən "İnternational Consultancy" şirkətinin baş direktoru Zəhra Xəlil Baker-in moderatorluq etdiyi "Sahibkar Qadınlar : Ailə və Biznes Balansı" adlı paneldə AQSİA sədri Səkinə Babayeva ilə yanaşı BƏƏ kansler-nazir müavini, sığorta müşaviri Fatimə Məhəmməd İshaq Əl Avadhi, Wildberries şirkətinin baş direktoru Tatyana Bakalchuk, Özbəkistan Qadın və Qızlar Assosiasiyasının prezidenti Nəsibə Miradilova, BƏƏ-də Celestia Britain'in qadın sahibkarlar üçün ilk rəqəmsal jurnalın icraçı direktoru Sandy Saxena da iştirak edib.
Öz çıxışında Səkinə Babayeva assosiasiya haqqında və əməkdaşlıq edilən yerli və beynəlxalq təşkilatlar haqda məlumat verib. Ölkəmizdə dövlətin qadın sahibkarlığına dəstəyi və qadınlara yönələn layihələr haqda ətraflı danışan assosiasiya sədri bildirib ki, günü gündən inkişaf edən assosiasiyamız həm regional, həm də beynəlxalq tərəfdaşlarla yeni işlərə hazırlaşır.
#Kazan2023 #aqsia #qadınsahibkar #KazanForum
***
Görüşün ikinci günündə - Rusiya Federasiyasının Məclisi yanında Avrasiya Qadınlar Forumu Şurasının sədri Qalina Nikolaevna Karelovanın moderatorluq etdiyi "Sağlamlığa qənaət texnologiyaları və innovasiyalar. Qadınların töhfəsi" adlı paneldə AQSİA sədri Səkinə Babayeva ilə yanaşı Federal Dövlət Büdcə Təşkilatı "Milli Tibb Rusiya Səhiyyə Nazirliyinin Terapiya və Profilaktik Təbabət üzrə Tədqiqat Mərkəzinin direktoru; Rusiya Səhiyyə Nazirliyinin terapiya və ümumi tibbi təcrübə üzrə müstəqil mütəxəssisi Drapkina Oksana Mixaylovna , Moskva şəhərinin “Elmi-Tədqiqat İnstitutu” Dövlət Büdcə Müəssisəsinin direktoru, Səhiyyə təşkilatları və Səhiyyə Departamentinin tibbi rəhbəri Elena İvanovna Aksenova, UNIDO Sağlam Həyat Tərzi Eksperti Al-Kauder Amal , BƏƏ-nin Genetik xəstəliklər Assosiasiyasının təsisçisi və sədri Dr. Məryəm Fatma Matar, Bəhreyn Sahibkarlar Komitəsinin rəhbəri Lamiyə Mahmud, RosCongress fondunun səhiyyə üzrə direktorunun inkişaf üzrə birinci müavini Anastasiya Stolkova və Avrasiya Qadınlar Şurasının "Əczaçılıqda Qadınlar" Forumunun layihə koordinatoru Lyudmila Şerbakova iştirak edib
Görüşün ikinci günündə həmçinin, Səkinə Babayeva Rusiya Federasiyasının mədəniyyət xadimi, Tatarıstanın dövlət xadimi, UNESCO-nun Tatarıstan üzrə nümayəndəsi və “Kazan Kremli”- Dövlət tarixi memarlıq və incəsənət muzeyi qoruğunun direktoru – Zilya Rahimovna Valeva ilə görüşüb.
Tatarıstan və Azərbaycan qadınlarının qarşılıqlı əməkdaşlığı və buna dövlət dəstəyi haqda mövzuları müzakirələrin olunduğu bu görüşdə gələcək birgə layihələrlə bağlı əməkdaşlığa dair memorandum imzalanıb.
#Kazan2023 #KazanForum #aqsia #sahibkarqadın
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.