Asəf Quliyev:
Qarabağda daxili qarşıdırma – BALASANYAN KƏNARDAN İZLƏYİR
Moskvadan Qarabağ transfer edilmiş Ruben Vardanyan yenidən Ermənistanın baş naziri Nikol Paşinyanın sərt tənqid edib. Erməni mənbələri hesab edir ki, Vardanyan Paşinyanı yenidən hədəfə alması təsadüf deyil.
Moskvanın tapşırıqlarının yerinə yetirən Ruben Vardanyan Nikol Paşinyan və həyat yoldaşı Anna Hakopyanın son çxışlarından sitat gətirərək onların təhlükəli oyun oynadıqlarını bildirib.
Erməni mənbələrinin məlumatına görə, Vardanyan Qarabağda müxtəlif qütblərdə olan qüvvələri birləşdirməyə cəhd edir.
Bəzi məlumatlar görə, Vardanyan mayın sonlarına yaxın Qarabağ ermənilərinin idarəetmə orqanlarına öz təkliflərini, daha doğrusu böhrandan çıxış konsepsiyasını təqdim edəcək və bundan sonra yeni qüvvə ilə hərəkətə keçəcək.
Ehtimal etmək olar ki, Vardanyan Moskvada liderlərin görüşündən sonra ya ciddi fəallıq və ya müəyyən qədər süstlük göstərə bilər. Bu Moskva görücünün nəticələrindən asılı olacaq.
Paşinyanın Qarabağa göndərdiyi Samvel Babayan isə hələlik ciddi irəliləyiş əldə edə bilmir. Onun Araik Arutinyandan vəzifə istəməsi havadan asılı qaldı. Arutinyan bu tələbə sözçüsü vasitəsi ilə yuvarlaq bir cavab verməklə kifayətlənib.
Qarabağda əsas fiqurlardan biri olan Vitali Balasanyan isə hələlik nə Vardanyanın, nə də Babayanəın fikirlərinə və davranışlarına reaksiya vermir.
Qarabağda Avropaya inteqrasiya tərəfdarı kimi tanınan Hayk Xanumyan bir müddət əvvəl Vitali Balasanyanın idarəetmədən uzaqlaşdırılmasını yanlış hesab etdiyini bildirmişdi. Xanumyan hesab edir ki, hazırkı şəraitdə rəsmi Bakı ilə müəyyən danışıqlar aparmaq potensialına yalnız Vitali Balasanyan malikdir. Balasanyan Xanumyanın fikirlərinə də heç bir reaksiya verməyib və ümumiyyətlə hazırda tam kənara çəkilərək proseslərə qarışmamaq qərarına gəlib. Balasanyan hesab edir ki, hazırda aparılan çəkişmələr Qarabağ ermənilərinin mənafeyinə ziddir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.