24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

HƏYAT ŞAMI: Çanaqqala səfərim... (+FOTO=11)

2 il əvvəl 750 01

HƏYAT ŞAMI: Çanaqqala səfərim...

Çanaqqalaya səfərimiz Geliboludan başladı. Daha doğrusu, İstanbuldan Tekirdağa yol aldıq, oradan Gelibolu yarımadasına girdik, maşınqarışıq vapura minib Çanaqqala şəhərinə keçdik.
Öncə "57. Piyade Alayı Şehitliği"nden başladıq. Çanaqqala savaşı zamanı əcnəbi əsgərlər buraya "Şahmat taxtası" adını vermişlər. Abidədə şahmat taxtasına bənzədilmiş simvolik məzarlar var. Bu məzarlıqda bir Azərbaycan türkünün adına rast gəldim: Z.A. Mehşet Ali oğlu, Azerbaycan, Hoy - yazılmışdı. 1992-ci ildə qurulmuş olan bu abidə simvolikdir. Gerçək Şəhidlik Bomba Sırtı deyilən yerin cənub tərəfində, Çataldərə vadisi adlanan yerdə yerləşir. Bütün şəhidlərin ruhuna bir Fatihə oxuyub, rəhmət dilədik...
Sonra "Çanakkale Şehitlik Abidesi"ne yol aldıq:
Çanaqqala ilçə sərhədləri daxilində Gelibolu yarımadasında, Dardanel boğazının ucunda Hisarlık təpə üstündə yerləşən möhtəşəm abidəni ziyarət etdik. Azərbaycanlı əsgərin məzarına burada da rastladım. Bu dəfə- Azərbaycan, Bakı -yazılmışdı məzar daşı üzərində. 38 yaşlı gənc bir əsgər...
Ardından
Seyid Onbaşı-nın abidəsini ziyarət etdik.
Çanaqqalaya ilk girdiyimizdə orta məktəbdə coğrafiya müəllimim Alı müəllimin (Ruhu şad olsun) bizə öyrətdiyi Avropayla Asiya qitəsini ayıran xətti xatırlamağa çalışdım.  Belə başlayırdıq: - Ural dağları, Ural çayı, Qara dəniz, Volqa çayı,  Xəzər dənizi, Qafqaz dağları, Marmara dənizi Bosfor boğazı, Egey dənizi, Dardanel boğazı, Aralıq dənizi, Babəlməndəl boğazı, Qırmızı dəniz, Hind okeanı...Yadımda bu sıralama qalıb, "kusuruma bakmayın"...
Sözümün canı o ki, Dardanel boğazından keçməyə gedirdim...
Keçdik...
Çanaqqala şəhərində nahar edib üz tutduq Geyikli köyünə doğru. Gecəni Geyiklidə qalqıq. Sabah olunca yolumuz Bozcadaya doğru idi.Ege dənizində yunanlardan əlimizdə qalan iki adadan (digəri Gökçeada) biridir Bozcaada. Bizans dönəmindən qalma qala divarlarıyla möhtəşəmlik simvolu olan bu adanın əsil adı Tenedosdur. Ege dənizinin mavi suları Bozcaada Kalesini daha da cazibədar edir. Bozcada Kalesindən yuxarıda Yel dəyirmanları tarixin qatlarından sızıb bu günə qədər gəlmişdir.
Qaladakı  əzəmətin etkisi altında Geyikliyə geri döndük və 54 km uzaqlıqda Ayvacık ilçəsinə bağlı olan Bəhramkaleyə, yəni Assosa doğru üz tutduq. 45 dəqiqəlik yolu bir göz qırpımında qət etdik. Behramkale Köyü Osmanlı zamanı salınmış bir kənddir. Antik Assos şəhəri üzünü cənuba, yəni dənizə dönməsinə rəğmən, kəndin məskunlaşması əks tərəfə doğru qurulmuşdur. Günbatımını seyr etmək üçün insanların üz tutduğu sehrli məkandır burası. "Assos Antik Kenti"ni gəzimiz günbatımı ilə sonlandı.
Nə başınızı ağrıdım, Ayvacığa geri dönüb bir oteldə gecələdik...
Yeri gəlmişkən, mənim yol yoldaşlarım - həyat arkadaşım,  eşim Mehmet bəy,  Marmara Universitetindən doç.dr Mehdi Genceli və onun ömür-gün yoldaşı fizika öğretmeni (müəllimi) Şirin hanım idi. Bu faydalı gəzintidə mənə səfərdaşlıq edən, Dördlər İttifaqına 🙂 daxil olan Mehmet bəyə minnətdaram, Mehdi hoca və Şirin öğretmene isə dərin təşəkkürümü bildirirəm.
Harda qaldıq? Hə, səfərimiz bitmədi hələ. Ayvacıkda kahvaltımızı edib Ezine ilçəsinə tərəf geri döndük. (Məşhur Ezine pendirindən daddıq. Peynirli helvaya isə söz ola bilməzdi).
Üzü Çanaqqala şəhərinə dönərkən, yolüstü Truva şəhərinə və Truva Antik Kentinə , açıq muzeyə yollandıq. Behramkaleyə, Assosa girərkən aldığımız muzey kartı burda karımıza gəldi.
Yəqin ki, hər kəs "Troya" Filmini izləyib. Həmin o filmdəki qəhrəmanların -Aqamemnon, Paris, Yelena (Helen), Qektarın şəhərinə girdik. Şəhər deyəndə ki, şəhərin qalıqlarından oluşan Troya Antik Kentinin (şəhərinin) açıq muzeyinə...
Tarix gözlərimin önündə canlandı: Troyadakı ən erkən yerləşim qatı b.e.ə. 3000-2500 ilə erkən Tünc dövrünə dayanır. Troya Antik Şəhəri YUNESCOnun qorunan tarixi mədəni irs siyahısına daxildir.
Troya şəhərini gəzib də Troya atına minməmək səfərdən sayılmazdı.
Odur ki, Çanaqqalada qərar tutmuş Troya atını görmək üçün geriyə, Çanaqqala şəhərinə dönməli idik. İstanbula dönüşümüz də şəhərdən keçəcəkdi.
Əfsanəvi Troya atının hekayəsi isə hər kəsə məlumdur: müharibədə qalib gəlmək və Troya şəhərinə daxil olmaq üçün yunanlar tərəfindən istifadə edilmiş hiylə. 10 illik nəticəsiz müharibədən sonra yunanlar taxtadan  böyük bir at düzəldir və ən seçkin əsgərləri atın içərisində gizlədirlər. Troyalılar atı Tanrının hədiyyəsi hesab edib atı şəhərə çəkirlər. Gecə atın içində gizlənən yunan əsgərləri atdan çıxıb Qalanın qapılarını açırlar və yunanlar Troya şəhərinə daxil olur və dağıntılar törədirlər...
Çanaqqala səfərimiz dolu-dolu, maraqlı, faydalı keçdi.
Səfərnaməni çox uzatmaq istəmədən burada sağollaşıram.
Yol yoldaşlarımın yox, amma mənim Çanaqqalaya ilk səfərim idi. Çanaqqala tarixlə zəngin, sirli-sehrli bir şəhərdir. Çox məmnun oldum. Yenə görüşənədək, Çanaqqalam!

#Çanakkale #Troya #truva #Bozcaada #tenedos #assos #Ege #Dardanel #Turkey

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com