ŞAHMAT
------------------------------
Günay Məmmədzadə FİDE Qran-Prisində sülh yürüşünü davam etdirir
Kiprin Nikosii şəhərində qadın şahmatçılar arasında keçirilən və həmyerlimiz Günay Məmmədzadənin də iştirak etdiyi FİDE Qran-Prisinin 4-cü mərhələ yarışı davam edir. 12 şahmatçının İsveçrə sistemi üzrə mübarizə apardığı və mükafat fondu 80 min avro təşkil edən turnirdə 6-cı tura yekun vurulub. Hesabat turunda Məmmədzadə Gürcüstan təmsilçisi Bella Xotenaşvili ilə qarşılaşıb. Qeyd edək ki, statrt turunu qələbə ilə bitirdikdən sonra iki turda dalbadal uduzan və sonra da 4-5-ci turlarda rəqiblə sülh bağlayan şahmatçımız bu dəfə də rəqiblə xal bölgüsünə razılaşıb. Bununla da o, aktivindəki xalların sayını 2,5-ə çatlırıb. Bu isə Məmmədzadəyə yalnız 8-10-u (8-ci pillə) yerləri bölüşmək imkanı verib.
Xatırladaq ki, FİDE Qran-Prisi 4 mərhələdən ibarətdir. Yekunda həm şahmatçılara reytinq xalı veriləcək, həm də ilk iki yeri tutan şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanacaq. Məmmədzadə isə FİDE Qran-Prisinin yalnız son mərhələsinə qatılıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.