BASKETBOL
---------------------------
"Gəncə" ilə "Sabah" ikinci final oyununa çıxacaq
Bu gün kişi basketbol klublarının mübarizə apardığı Azərbaycan çempionatının final seriyasında ikinci oyun keçiriləcək. Saat 19:30-da başlanacaq həmin oyunda "Gəncə" nominal ev sahibi kimi "Sabah"ı qəbul edəcək. Xatırladaq ki, iki gün öncə keçirilən ilk oyunda "Sabah" qalib gəlib - 71:69. Odur ki, ümumi hesabda "Sabah" 1:0 irəlidədir. Tərəflər arasındakı 3-cü oyun mayın 24-də keşiriləcək. Reqlamentə görə, final seriyası rəqiblərdən hər hansı birinin 3-cü qələbəsinədək davam edəcək. Əgər "Sabah" klubu bu gün və mayın 24-də qalib gələrək qələbəsinin sayını 3-ə çatdıra bilməsə, onda klublar mayın 27-də və 30-da yenidən qarşılaşacaqlar.
Bir məqamı da qeyd edək ki, çempionatda üçüncü yeri "AAAF Xırdalan" üzərində 100:79 hesabla qalib gələn "NTD" tutub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.