BƏDİİ GIMNASTIKA
----------------------------------
Azərbaycanın qrup hərəkətləri üzrə əsas komandası AÇ-da qızıl medal qazanıb
Mayın 17-də paytaxt Bakıda ev shibi Azərbaycan da daxil olmaqla 38 ölkəni təmsil edən 315 idmançının iştirakı ilə startı verilən bədii gimnastika üzrə Avropa çempionatına bu gün yekun vurulub. Çempionatın son günü Azərbaycanın qrup hərəkətləri üzrə əsas yığması üçün sözün əsil mənasında uğurlu olub. Belə ki, heyəti Ləman Əlimuradova, Güllü Ağalarzadə, Darya Sorokina. Zeynəb Hümmətova, Kamilla Əliyeva və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri üzrə əsas yığmamız 2 top və 3 lentlə cıxışına görə çempionatın baş mükafatına layiq görülüb. Qeyd edək ki, bu hərəkətinə görə AÇ tarixində ilk dəfə qızıl medal qazanan qrup hərəkətləri üzrə əsas yığmamız bundan öncəki gündə isə çoxnövçülük yarışlarında bürünc medal qazanmışdı. Bununla da qrup hərəkətləri üzrə əsas yığmamız ev sahibliyi etdiyi Avropa çempionatında iki (1-0-1) medal qazanıb. Maraqlıdır ki, heyətində Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova. İlahə Bahadurova, Ayan Sadıxova və Zöhrə Cəfərovanın cəmləşdiyi yeniyetmələrdən ibarət qrup komandamız da Avropa çempionatında iki bürünc medal (çoxnövçülük və 5 topla hərəkət) qazanıb. Daha bir bürünc medal isə fərdi yarışlarda iştirak edən Zöhrə Ağamirova (topla) qazanıb. Beləliklə, Azərbaycan ev sahibliyi etdiyi 39-cu Avropa çempionatınə biri qızıl, dördü bürünc əyarlı olmaqla 5 medalla bitirib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.