TENNİS
------------------------
Stolüstü tennisçimiz Yağmur Məmmədli “WTT Youth Contender” turnirində üçüncü olub
Stolüstü tennisçimiz Yağmur Məmmədli daha bir beynəlxalq yarışın mükafatını qazanıb. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, istedadlı idmançımız mayın 15-dən 21-dək Bolqarıstanın Panaqyurişte şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində uğurla çıxış edərək bürünc medala layiq görülüb. 22 ölkənin tennişçilərinin qatıldığı turnirin qrup mərhələsini ikinci yerdə başa vuran Yağmur ¼ finalda serbiyalı Teodora Sudzumu mübarizədən kənarlaşdırıb. Yarımfinalda isə o, Cənubi Koreya idmançısı Li Haelinə uduzaraq bürünc medalla kifayətlənib. Qeyd edək ki, “Eurotalent” seçimlərindən uğurla keçən Yağmur Məmmədli Avropanın ən istedadlı stolüstü tennisçiləri sırasındadır.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.