ŞAHMAT
---------------------------------
Günay Məmmədzadə FİDE Qran-Prisində uğursuzluq zolağından çıxa bilmir
Nikosidə (Kipr) azərbaycanlı şahmatçı Günay Məmmədzadə də daxil olmaqla 12 qadın şahmatçının mübarizə apardığı FİDE Qran-Prisinin 4-cü və sonuncu mərhələsi davam edir. Mükafat fondu 80 min avro təşkil edən və dairəvi sistem üzrə keçirilməklə 11 turdan ibarət olan turnirdə bu gün 6-cı turun qarşılaşmaları olacaq. Turda Məmmədzadə Gürcütan təmsilçisi Bella Xotenaşvili ilə üzləşəcək. Xatırladaq ki, ilk tutrda qalib gələndən sonra növbəti iki turda məğlubiyyətlə üzləşən və ardından 4 və 5-ci turda rəqiblə xal bölərək aktivinə cəmi 2 xal yazdıran Məmmədzadə hazırda yarış cədvəlində 8-10-cu (8-ci) yerləri bölüşür. Maraqlıdır ki, Məmmədzadənin rəqibi də eyni xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd: 80 min avroluq mükafat fondu 1-8-ci yerləri tutan şahmatçılar arasında bölüşəcək. Qran-Prinin 4 mərhələsindən sonra ümumu hesabda ilk 2 yeri tutan şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanmış olacaq.
Beş turdan sonra yarış cədvəlinə hərəyə 3,5 xal toplayan Katerina Laqno (FİDE), Tan Çjunyi (Çin) və hindistanlı Xarika Dronavali şərikli liderlik edir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.