BASKETBOL. 3X3. DÜNYA SERİYASI
------------------------------------------------------
Astarada Dünya Seriyasının qalibi Çin millisi olub
Turnirə ev sahibliyi edən Azərbaycan təmsilçiləri isə ...
Astarada 2-ci klub və 10-u milli olmaqla 12 komandanın iştirakı ilə qadınlar arasında 3X3 basketbolu üzrə keçirilən Dünya Seriyasına bu gün yekun vurulub. Turnirin qalibi adını isə həlledici finalda Misiri 21:15 hesabla məğlub edən Çin milisi qazanıb. Xatırladaq ki, Azərbaycan ev sahibliyi etdiyi bu turnirə bir klub ("Neftçi") və bir yığmayla qatılmışdı. Yığmamız elə qrup mərhələsindəcə Çinin "Yuanda" klubuna və Polşa millisinə uduzaraq, turnirlə erkən vidalaşmışdı. "Neftçi"yə gəlincə, yığmadan fərqli olaraq qrup mərhələsini (Rumıniya və Macarıstan millisini udmaqla) keçməyi bacaran klubumuz isə 1\4 finalda Çin millisinə 6:21 hesabla məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, çempion adını qazanan Çin millisi 1\4 finalda "Neftçi"ni məğlub etdikdən sonra yarımfinalda da Ukraynanı 19:17 hesabla udaraq finala çıxıb. Finalda isə Misiri üstələməklə Astararda baş tutan Dünya Seriyasının qalibi olub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.