BƏDİİ GİMNASTİKA
------------------------------------
Zöhrə Ağamirova evdə keçirilən AÇ-da bir bürünc qazanıb
Qrup hərəkətləri üzrə yığmalarımızsa 3 bürünclə yadda qalıblar
Neçə gündür ki, paytaxt Bakıdakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə böyüklər və yeniyetmələr arasında sayca 39-cu Avropa çempionatı keçirilir. 38 ğölkəni təmsil edən 315 gimnastın mübarizə apardığı çempionatda artıq fərdi növdə ayrı-ayrı alətlər üzrə (halqa, gürzlər, top və lent) yarışlar başa çatıb və qaliblər müəyyənləşib. Qrup hərəkətləri üzrə yarışlarla (5 topla) çempionata yekun vurulacaq. Çempionata ev sahibliyi edən Azərbaycan hazırda 4 bürünc medal qazanıb. Bürünc medallardan ikisi heyətiində Gpvhər İbrahimova. Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova. İlahə Bahadurova, Ayan Sadıxova və Zöhrə Cəfərovanın cəmləşdiyi yeniyetmələrdən ibarət qrup komandasının (çoxnövçülük və 5 topla), biri yığmanın lideri Zöhrə Ağamirovanın (topla) və biri də heyəti Ləman Əlimuradova, Güllü Ağalarzadə, Darya Sorokina. Zeynəb Hümmətova, Kamilla Əliyeva və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri üzrə əsas yığmanın aktivinə (çoxnövçülük) yazılıb. Yeri gəlmişkən, qrup hərəkətləri üzrə əsas yığmamızı qarşıda daha bir çıxış gözləyir. Gimnastlarımız beş topla hərəkət nümayiş etdirəcəklər.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.