BASKETBOL
-------------------------------
"Sabah" çempionatın final seriyasına qələbəylə başlayıb
Bu gün "Sərhədçi" İdman Kompleksində kişi basketbolçulardan ibarət "Sabah" klubu ilə Gəncənin eyniadlı təmsilçisi arasında Azərbaycan çempionatının final seriyasının ilk oyunu keçirilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən bəlli görüş "Sabah"ın qələbəsi ilə başa çatıb - 71:69 (10:24, 21:17, 16:15, 24:13).
Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, "Sabah"la "Gəncə" arasında final seriyasının ikinci oyunu mayın 22-də, üçüncü qarşılaşma isə mayın 24-də keçiriləcək. Əgər bu 3 oyunda qalib aşkar edilməzsə, onda rəqiblər mayın 27-də və 30-da qarşılaşa bilər. Qeyd edək ki, reqlamentə görə, final seriyası tərəflərdən hər hansı birinin 3 qələbə qazanmasınadək davam edəcək.
Dünən isə "NTD" ilə "AAAF Xırdalan" arasında 3-cü yer uğrunda gğrüş keçirilib. Görüş birincinin qələbəsi ilə başa çatıb - 100:79 (22:23, 23:21, 38:16, 17:19). Bununla da "NTD" Azərbaycan çempionatının bürünc medalını qazanıb.
İNTİQAM Məmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.