Ulu Öndərin 100 illiyi bağlı Masallıda ağacəkmə aksiyası
Masallıda, Bakı Dövlət Universitetinin və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiyada BDU-nun rektoru Elçin Babayev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri Məşhur Məmmədov, Anar isgəndərov, universitetin professor-müəllim heyəti, hüquq mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və tələbələr iştirak ediblər.
Ağacəkmə tədbirinin keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.
Masallı rayonunun Göyəçöl kəndi ərazisində gerçəkləşən aksiya zamanı 100 ağac əkilib.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.