CÜDO
------------------
Üç cüdoçumuz Avropa Kubokunun finalında
Sarayevoda Azərbaycan finalı
Bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kişilər arasında cüdo üzrə Avropa Kuboku turnirinə start verilib. İki gün davam edəcək turnirdə Azərbaycandan olan tatami ustaları da iştirak edirlər. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, 25 ölkədən olan 313 idmançının medallar uğrunda mübarizə apardığı bəlli turnirdə ölkəmiz 13 cüdoçu ilə təmsil olunur. Qeyd edək ki, böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mövlud Mirəliyev və Mehman Əzizovun rəhbərliyi altında Avropa Kubokuna qatılan Azərbaycan yığmasının heyətinə Rövsən Əliyev (60 kq), Tofiq Əliyev, Ruslan Paşayev, Kamran Süleymanov (hamısı 66 kq), İbrahim Əliyev, Telman Vəliyev (hər ikisi 73 kq), Kərim Allahverdiyev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), İbrahim Ağakişiyev, Musa Hüseynli (hər ikisi 90 kq), Aslan Mirzəyev, Adil Kərimli və Ruslan Nəsirli (hər üçü +100 kq) cəlb edilib.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alıb.
Yeri gəlmişkən, bu gün çəkisi 60, 66 və 73 kq olan tatami ustaları mübarizəyə qatılıblar. Bu çəkilərdə çıxış edən 6 təmsilçimizdən 3-ü finala yüksəlib. Ən maraqlısı odur ki, bu finalların birində iki Azərbaycan idmançısı qarılaşacaq. Söhbət 73 kq-da baş tutacaq Azərbaycan finalından gedir. Bu Azərbaycan finalında Telman Vəliyevlə onun komanda yoldaşı İbrahim Əliyev qarşılaşacaq.
Vəliyev finala gedən yolda müvafiq ardıcıllıqlz İsveçrə, İzrail, Macarıstan və Fransa təmsilçisini, İbrahim Əliyevsə Bosniya, İsveçrə, Macarıstan və Çexiya idmançısını məğlub edib.
Daha bir cüdoçumuz - 66 kq-da mübarizə aparan ardıcıl olaraq, Türkiyə, Almaniya və Macarıstan təmsilçisini məğlub edən Ruslan Paşayev də finala yüksəlib. Cüdoçularımızdan Rövşən Əliyevlə (60 kq) Kamran Süleymanovsa (66 kq) bürünc medal uğrunda mübarizə aparmaq imkanı əldə edib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.