Akif Ağayev:
Dırnaqarası jurnalistikanı çiçəkləndirənlər
Kim necə istəyir qəzet-jurnal buraxır, sayt təsis edir, özünü baş redaktor “elan edir”, kimin ağlına nə gəldi yazır. Nə var, nə var arxasında duranı, şişirdəni, ayaqda saxlayanı var, nə bilim nəyi var, nəyi yox... Yəni, ağzına gələni döşə getsin.
Təhsili, təcrübəsi, səriştəsi olmayanlar, ənənəvi çap mediasından xəbərsiz “şəkilbaz” elektron medianın “xəbər qəhrəmanları” (xüsusilə bloqçular) jurnalist tribunasından çıxış edir. Manşetləri “cəzbedici” başlıqlarla bəzədib (5 cümləlik xəbərdə 15 orfoqrafik səhv buraxıb) oxucu sayı çoxaltmağa cəhd edirlər.
Yazılarda kiçik nöqsanlar şişirdilir, böhtanlar yer alır, dövlət məmurları təhqir və əsassız tənqid və ya təhdid edilir. Etiraf edək ki, belələrinin hesabına jurnalistlər cəmiyyətin gözündən düşür. Yəni qurunun oduna yaş da yanır. Və sonda mətbuatın, jurnalistikanın nüfuzuna xələl gəlir, media “dördüncü hakimiyyət” statusunu itirmək təhlükəsi ilə üzləşir. Milli maraq, dövlət mənafeyi tapdanır...
Normal yazı, publisistik məqalə və s. kimi haqlı tənqidi də heç kim pis qəbul etmir. Söz öz yerində söylənilərsə dəyərində qalar. Lakin sifarişli yazıları ucuz sensasiya xatirinə tələsik yayımlayaraq, sanki qısa müddətdə şou-biznes nümayəndələri kimi “ulduz” olmaq iddiasına düşənlər qeyri-konstruktiv mövqedən əl çəkmirlər.
Bəs, nə vaxt jurnalistikamız çirkinlərdən, mətbuatımız neqativlərdən qurtulacaq?
İstər qəzet, istərsə də internet media orqanlarında peşə davranışı qaydalarını pozan, qərəz, böhtan, şəxsi maraqlarını hər şeydən üstün tutanlara qarşı mübarizə ictimai qınağa söykənməlidir.
Media tənzimlənməli, cəmiyyət bəzi ünsürlərdən təmizlənməlidir. Söz azadlığından istifadə edərək jurnalistikadan şəxsi mənfəət məqsədilə faydalananlar qanun qarşısında cavab verməlidir. Mətbuat adına xələl gətirən “təsadüf”lərin mediaya üz tutmasının qarşısı alınmalıdır.
Etiraf edək ki, bu gün əksəriyyətimiz tez, gözəxoş (dəqiqliyinə, mahiyyətinə varmadan) şəkildə məlumat almağa aludəyik. Fərq etməz – gülməli ya ağlamalı, şər, yoxsa xeyir, yalan və ya doğru. Onsuz da əksər saytlardakı cızma-qaranın uzağı bir az əvvəlinə və ya yazıdakı şəklə baxıb “layk” (bəyənmə) ediləcək, vəssalam. Ya da əksinə.
O qədər yazıb-pozanlar (köçürüb paylaşanlar) var ki... Kimi uğursuz əfəli, tənbəli işə, məğlubu növbəti qələbəyə çağırır, həvəsləndirir, kimi isə sadə insanların üzündəki səadət nurunu təsvir etmək əvəzinə qaşınmayan yerdən qan çıxartmaq şakərindədir. Etiraf edək ki, indi hər oxucunun öz “menyu”su var.
Nə yazırıqsa, yazaq, amma unutmayaq ki, ağa qara yaxmaq asandır, halal ruzulu süpürgəçi, irfan çoban olmaq çətin! Öncə özümüzdən, “mən”imizdən, bizi dünənimizdən bu günümüzə gətirən – parlaq sabahlara aparan gerçəkliyimizdən yazaq.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.