TENNİS
-----------
Dünyanın bir nömrəlisi Cokoviç 7 nömrəli Rune ilə bacarmayıb
İtaliyanın paytaxtı Romada tennis üzrə keçirilən və "Masters" seriyasından olan "Internazionali BNL d’Italia" turnir davaç edir. Qurunt örtüklu açıq kortda düzənlənən və mükafat fondu 7 705 780 avro təşkil edən turnirdə dünən axşam saatlarında 1\4 final mərhələnin qarşılaşmaları olub və bununla da yarımfinalşılar müəyyənləşib. Bu mərhələnin ən maraqlı və gözlənilməz nəticə ilə bitən oyunu dünyanın bir nömrəli raketka ustası Novak Cokoviçlə (Serbiya) danimarkalı tenisçi, dünya reytinq cədvəlində 7-ci yeri tutan 20 yaşlı Xolqer Rune arasında baş tutub. Qarşılaşma ikincinin 6:2, 4:6, 6:2 hesablı qələbəsi ilə bitincə Cokoviç mübarizəni dayandırmaq məcburiyyətində qalıb. Qeyd edək ki, bəlli turnirin 6 qat qalibi olmuş və 17 dəfə 1\4 finalında iştirak etmiş Cokoviç 2004-cü ildən bəri ilk dəfə olaraq turnirin finalından kənarda qalıb. Rune isə bununla 2-ci dəfə dünyanın 1 nömrəlisini udub və 3-cü dəfə "Masters" turnirin yarımfinalına yüksəlib. Xatırladaq ki, 2004-cü ildə turnirin finalında Karlos Moya David Nalbandyanı məğlub etdikdən sonrakı 18 ildə 10 dəfə Rafael Nadal (İspaniya), 6 dəfə Novak Cokoviç, hərəyə bir dəfə isə Endi Mareylə (Böyükbritaniya) Aleksandr Zverev (Almaniya) qalib gəlib.
1\4 finalın digər oyunlarına gəlincə, dünyanın 3 nömrəlisi Danil Medvedev (Rusiya) almaniyalı Yannik Qanfmannı, reytində 4-cü yeri tutan norveçli Kasper Ruud argentinalı Fransisko Serundolonu, dünyaın 5 nömrəlisi Stefano Tsitsipas isə xorvatiyalı Borno Çoriçi məğlub edərək yarımfinala yüksəlib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.