BOKS
--------------------
Gəncədə yeniyetmə boksçuların zona birinciliyi başlayıb
Gəncədə boks üzrə kadetlər arasında Qərb zonasının birinciliyi keçirilir. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Gəncədəki Olimpiya İdman Kompleksində təşkil olunan birinciliyə Ağstafa, Tovuz, Kəlbəcər, Tərtər, Şəmkir, Mingəçevir, Ağcabədi, Göygöl, Gəncə, Gədəbəy və Goranboy komandaları qatılıblar. Yarışda 17 çəki dərəcəsində 95 boksçu mübarizəyə qoşulub. Reqlamentə görə, yarışda ilk 3 yeri tutan boksçular ölkə birinciliyində iştirak hüququ qazanacaqlar.
Növbəti zona yarışları Sumqayıt və Naxçıvan zonaları üzrə olacaq.
Qeyd edək ki, bu yarışların təşkilində əsas məqsəd boks idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, perspektivli idmançıların müəyyənləşdirilməsidir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.