24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. AZpress - ÖZƏL
1. Ana Səhifə
2. Mədəniyyət
AZpress - ÖZƏL Mədəniyyət

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib

2 il əvvəl 1310 01

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib

Zəngin tarixə malik Azərbaycan torpağı daim elm xadimləri, siyasətçilər, dövlət başçıları yetirmişdir.

Belə dahi şəxsiyyətlərdən biri Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevdir.

Bu il xalqımız Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini ölkəmizin məsuliyyətli və şərəfli tarixinin böyük hadisəsi kimi qeyd edir. Bu tarixi yubiley müstəqil Azərbaycanda milli dövlətçiliyin yüksək təntənəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli sərəncamı xalqımızın taleyində xüsusi yeri və rolu olan qüdrətli rəhbərə ümumxalq ehtiramını dövlət səviyyəsində ifadə edən mühüm siyasi tarixi sənəddir. Dövlət başçısının 2022-ci ilin noyabrın 28-də imzaladığı digər sərəncam ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqləndi.

Tədbirlər planına uyğun olaraq, bütün sahələrlə yanaşı, mədəniyyətə, incəsənət xadimlərinə böyük diqqət ayıran və hər zaman dəstək olan Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkəmizdə və xaricdə müxtəlif konsertlər, konfranslar, müsabiqələr keçirilməkdədir.

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş zəngin çalarlı tədbirlərdən biri də 15 may 2023-cü il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi zalında baş tutdu.

Konsert 33 nömrəli Uşaq Musiqi Məktəbinin istedadlı şagirdlərinin təqdimatında keçirildi.

Qeyd edək ki, bu şagirdlər təhsil aldıqları musiqi məktəbinin adını uca tutaraq, müxtəlif müsabiqələrdə uğurla çıxış edib, kiçik yaşlarından Respublika və beynəlxalq müsabiqə laureatları adını qazanmağa müvəffəq olmuşlar.

Belə ki, konsertdə məktəbin peşəkar müəllimləri olan Elnarə Allahverdiyeva, Rüfət Manafov, Emin Bəhramlı, Günay İmamverdiyeva, Ramiz Əliyev, İradə İsmayılova, Səmilə Dadaşova, Böyükxanım Hümbətova, Sevda Ağayeva, Lalə Hüseynova, Fidan Musayeva, Ruhəngiz Budaqova, Elmira Əliyeva, Ağabəy Ağabəyov, Aytən Cəfərova, Bəhruz Bədəlov, Ramil Nurullayev, Mətanət Cəbrayıllı, Bəhram Məmmədli, Nəcəf Vəliyevin şagirdləri - Aleksey Dzyuba, Murad Ağabəyov, Fatimə Süleymanlı, Xədicə Nəcəfli, Maksim İvantsov, Mansur Şıxəliyev, Toğrul Şıxəliyev, Cəmilə Əliyeva, Lalə Bəhramlı, Nərgiz Zülfüqarlı, Nihat Saatlı, Məryəm Ağayeva, Xanım Nədizadə, Nihat Hüseynli və Rəhilə Cəbrayılova parlaq çıxışları ilə dinləyicilərdə xoş ovqat yaratdılar.

Konsert proqramının xüsusi zövqlə, dəqiqliklə seçildiyini də vurğulamamaq mümkün deyil.

Rəngarəng konsert proqramında Azərbaycan, rus və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirildi.

Musiqi xadimlərinin, müxtəlif media işçilərinin və çoxlu sayda musiqisevərlərin iştirak etdiyi bayram ab-havalı konsert gecəsi tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.

Çəkilən böyük zəhmətin, uğurlu idarəetmənin arxasında  dayanan 33 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Nəzifə xanım Əliyevanın əməyi xüsusilə qeyd olunmalıdır.

Məhz Nəzifə xanımın əzmkarlığı, tələbkarlığı, işinə olan sonsuz sevgisi məktəbin müəllim heyətinə və şagirdlərinə də yansımışdır.

Bütün bu gərgin fəaliyyətin nəticəsidir ki, məktəbin nailiyyətləri durmadan artmaqda davam edir.

Konsertdən sonra söz Nəzifə xanıma verildi.

O, tədbirdə iştirak edən bütün qonaqlara, musiqi ictimai xadimlərinə dərin təşəkkürünü bildirdi.

Eyni zamanda məktəbinin müəllimlərinin əməyini yüksək qiymətləndirərək, onların şagirdlər üzərində çəkilən əziyyətini xüsusilə vurğuladı.

Sonra çıxış üçün söz Bakı şəhər Mədəniyyət Baş idarəsinin rəisi cənab İbrahim Əliyevə verildi.

O da öz növbəsində gənc musiqiçiləri təbrik edərək, onlara yeni-yeni yaradıcılıq uğurları arzu etdi.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Mətbuat katibi,

musiqişünas Ofelya İsgəndərova

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com