24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

AMEA-da görkəmli yazıçı Mir Cəlalın 115 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

2 il əvvəl 611 01

AMEA-da görkəmli yazıçı Mir Cəlalın 115 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Mayın 17-də AMEA-nın Humanitar Elmlər Bölməsi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə görkəmli yazıçı Mir Cəlalın anadan olmasının 115 illik yubileyinə həsr olunmuş “Mir Cəlal və ədəbi-tarixi proses” mövzusunda elmi sessiya keçirilib.
Tədbirdən əvvəl M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil edilən Mir Cəlalın əsərlərini əks etdirən sərgiyə baxış keçirilib.
Elmi sessiyanı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq bildirib ki, Ədəbiyyat İnstitutu ölkəmizdə ədəbiyyatşünaslıq sahəsində tədqiqatların aparıldığı başlıca mərkəzdir və elmi-tədqiqat müəssisəsində görkəmli yazıçı Mir Cəlalın yubileyinin keçirilməsi ədəbiyyatşünas alimlərin mənəvi borcudur. Ötən müddət ərzində ədibin həyatının müəyyən dövlərinin bağlı olduğu Bakı Dövlət Universiteti, Gəncə şəhəri və Qazax Müəllimlər Seminariyasında 115 illik yubileyinin qeyd olunduğunu deyən AMEA rəhbəri Mir Cəlalın 16 il Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, 1 aydan artıq müddətdə isə institutun direktor əvəzi kimi çalışdığını diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli bildirib ki, Mir Cəlalı fərqləndirən başlıca cəhət onun universal, çoxcəhətli fəaliyyətə malik olmasıdır. O, yazıçı, ədəbiyyatşünas, publisist, pedaqoq kimi məşğul olduğu bütün sahələrin peşəkarı olmuşdur. Mir Cəlalın yaşadığı dövrü ideallaşdırmadan, sərt kommunist rejiminin ideologiyasını təbliğ etmədən yalnız obyektiv gerçəkliyi, insanın real həyatını, obyektiv gerçəkliyi meydana qoyduğunu deyən AMEA prezidenti ədibin bu dəst-xəttinin roman, povest, satirik-yumoristik əsərlərində də müşahidə olunduğunu söyləyib. Xüsusilə, “Həyat hekayələri”, “Sadə hekayələr”, “Bir gəncin manifesti” və başqa əsərlərində sadə həyat hekayələrinin, insanın mənəvi aləminin oxuculara çatdırıldığını bildirib. Vurğulayıb ki, görkəmli yazıçı epik ədəbiyyatın bütün sahələrində ərsəyə gətirdiyi mükəmməl əsərlərlə, həm də ədəbiyyatşünaslıq istiqamətindəki fəaliyyəti ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur.
Yazıçının “Füzulinin poetik xüsusiyyətləri” monoqrafiyası ilə şairin poetikasına dair nadir bir əsəri meydana qoyduğunu deyən akademik İsa Həbibbəyli ilk və son dəfə bu əsərlə Azərbaycan ədəbiyyatşünaslığında Füzulinin 17-18 beytlik müəmmalarının tədqiqata cəlb olunduğunu, bu əsərin həm də poetika ilə estetikasının vəhdətini təşkil etdiyini bildirib. Həmçinin Mir Cəlalın “Azərbaycanda ədəbi məktəblər” mövzusunda mükəmməl doktorluq işi ilə Azərbaycanda ədəbi məktəblərin tarixinə nəzər yetirdiyini vurğulayıb. Eyni zamanda ədibin ədəbiyyat nəzəriyyəsi sahəsində də böyük xidmətləri olduğunu, realizm, satira və yumorun dəqiq mahiyyətini müəyyənləşdirdiyini diqqətə çatdırıb. AMEA rəhbəri qeyd edib ki, Mir Cəlal həm də görkəmli pedaqoqdur və onun “XX əsr Azərbaycan ədəbiyyatı” və “Ədəbiyyatşünaslığın əsasları” dərslikləri bu gün də ali məktəblərdə tədris olunur.
Akademik vurğulayıb ki, Mir Cəlal həm də yaradıcılığı və zəngin fəaliyyəti ilə XX əsrin əvvəlləri ilə məşhur “Altmışıncılar” ədəbi nəsli arasında körpü rolunu oynamış, yeni ədəbi nəslin yetişməsinə mühüm töhfələr vermişdir.
AMEA rəhbəri İsa Həbibbəyli çıxışının sonunda bildirib ki, Mir Cəlalın zəngin irsi bu gün alimlərimiz tərəfindən müstəqillik dövrünün çağırışları əsasında yenidən tədqiqatlara cəlb olunur, əsərləri yenidən çap edilir və onun işıqlı xatirəsi gələcək nəsillərə çatdırılır.
Sonra M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Mir Cəlal Paşayevin ictimaiyyətə az məlum olan əsərlərinin nəşri haqqında”, filologiya üzrə fəlsəfə doktorları, dosent Aslan Salmansoy “Səməd Vurğun və Mir Cəlal”, filologiya elmləri doktoru, professor Asif Rüstəmli “Mir Cəlalın həyatı və yaradıcılığının ilkin dövrü”, filologiya elmləri doktoru İsmayıl Kazımov “Mir Cəlal romanlarında bədii dil xüsusiyyətləri”, filologiya elmləri doktoru Əlizadə Əsgərli “Füzuli sənətkarlığı” və “Ədəbi məktəblər” monoqrafiyalarında poetika haqqında”, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva “Mir Cəlal hekayələrində folklor və milli-mənəvi dəyərlər”, Dilarə Adilova “Mir Cəlal hekayələrində müasirlik” və Fidan Rzayeva “Mir Cəlal yaradıcılığı səhnədə” mövzularında məruzələrlə çıxış ediblər.
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Vaqif Yusifli Mir Cəlalla bağlı xatirələrini bölüşüblər.
Sonda çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev Mir Cəlalın 5 il bundan əvvəl 110 illik yubileyinin də Ədəbiyyat İnstitutunda keçirildiyini xatırladıb, budəfəki yubileyin Akademiya miqyasında humanitar sahə ilə  müxtəlif elmi-tədqiqat institutlarının alimləri tərəfindən qeyd olunmasının təqdirəlayiq hal olduğunu bildirib. Məruzələrin ciddi elmi araşdırmalar əsasında hazırlandığını bildirən Hafiz Paşayev çıxışlarda tədqiqatçıların məlum olmayan məsələlərə toxunduğunu, xüsusilə Mir Cəlal və Səməd Vurğun, Mir Cəlalın əsərlərinin dil xüsusiyyətləri, Füzuli ilə bağlı, teatr və səhnə fəaliyyətinə dair tədqiqatların davam etdirilməsinin gələcəkdə onun yaradıcılığının yeni tərəflərinin açılmasına gətirib çıxaracağını deyib.
Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatların baş direktorları, əməkdaşları, aidiyyəti şəxslər və KİV nümayəndələri iştirak ediblər.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

John Doe 1 il əvvəl

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

John Doe 1 il əvvəl

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

John Doe 1 il əvvəl

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

John Doe 1 il əvvəl

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

John Doe 1 il əvvəl

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com