VOLEYBOL
------------------------
Qadın voleybol yığmamızın üzvü Mariya Krilyuk Rusiya çempionatında ikinci olub
Azərbaycanın qadın voleybol yığmasının daha bir legioner həyatı yaşayan üzvü hazırda şərəfini qoruduğu klubla mükafat qazanıb. Söhbər hazırda Rusia A Liqasında çıxış edən "Severyanka" (Çerepoveç) klubunda forma geyinən Mariya Krilyukdan gedir. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, Krilyukun klubu Rusiay çempionatının son həlledici turunda "Lokomotiv" klubunu 3:1 hesabla məğlub edib. Bu qələbə voleybolçumuzun klubuna Rusiya çempionatının A Yüksək Liqasında ikinci olmaq imkanı verib.
Qeyd edək ki, yarış dairəvi sistemlə keçirilib. İlkin etapı lider kimi başa vuran "Severyanka" final mərhələsində topladığı xallara görə ikinci olub.
Xatırladaq ki, bundan öncə yığmamızın üzvlərindən Yelizaveta Ruban "CSM Lgoj" klubu ilə həm Rumıniya çempionatının üçüncüsü, həm də Rumıniya Kubokunun sahibi olub. Yığmamızın kapitanı Ayişə Abduləzimova isə "Vaşaş"la Macarıstan çempionu adını qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.