27 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. Siyasət
1. Ana Səhifə
2. DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA
Siyasət DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA

Bahəddin Həzi:  Qardaş demokratiyanın dərsləri

2 il əvvəl 511 01

Bahəddin Həzi:

Qardaş demokratiyanın dərsləri

Düzünü deyim ki, bu "bir millət-iki dövlət" deyimi şəxsən məni yorub. Tək ona görə yox ki, yeri gəldi-gəlmədi, hər kəs hər yerdə bu sözü işlədir (özü də əsl müəllifə istinad etmədən - istinad etdiyiniz kəsin leksikonunda "millət" ifadəsi varmı deyə baxmaq gərək).
Necə ki Qarabağda qələbələr qazanılana qədər hətta az qala repçi də dövlət konsertlərində "Qarabağ şikəstəsi" oxuyurdu.
Yaxud: "Şuşanın dağları, başı dumanlı..."
Şuşaya, sadəcə, xəritədə baxa bilirdi, di gəl...
Nə isə.
İndi də qalmışıq bu "bir millət-iki dövlət" deyiminə. Gerçəkdən əldən salır. Biz bir millətin iki dövlətiyik, bəli, amma iki fərqli dövlətiksə?!
Belə örnəklər daim var idi və var da. İstər tarixin dərinliklərinə baş vur, istər çağdaş Dünyaya göz gəzdir - çox yerdə görəcəksən. Bax, elə "ərəb" adlı bir millətin nəinki iki, hətta az qala iyirmi iki dövləti var. Hərəsi də bir cür "xoşbəxt". Bunun özü də başqa kontrastdır.
Eyni yarımadanın sahibi olan Koreya xalqının yarısı öz coğrafiyasına qapanıb, qəddar diktatorunun qədəmlərinə sərilmiş və yerlərdə sürünür, o biri yarısı da öz coğrafiyasından Dünyaya açılmış, sivil Dünyada özünə xas yerini tapmış və başını dik tutub azad gəzir.
Anlayacağınız: məsələ, bir millətin neçə dövlət qurmağında deyil, necə dövlət qurmağındadır.
Cek Londonun yazdığı o məşhur "Əcdadların harayı" romanında da olduğu kimi, qurdun bir gözü həmişə meşədəymiş. İnsan daim daxili azadlığının inikasını özünün xaricində axtarır. Bu, insan ruhunun olayıdır. Məşhur fransız filosofu Emmanuel Munyenin "Personalizmin manifesti" əsərindən oxumuşam: "...ruh bioloji refleks deyil, ...bizə hakim olan, bizə üstün gələn və bizi öz hüdudlarımızdan kənara çıxaran reallıqdır".
Biz keçən yüz ildə iki dəfə müstəqil dövlət (həm də respublika) qura bildik. O taylı-bu taylı məmləkətimizdə, bax, gör, neçə dəfə inqilab eləmişik. Bunları tarixin hansı tarixlərində, hansı ruh halımızda etmişik?! O zaman ki biz öz hüdudlarımızı aşmışıq. Bəlkə hər kəs (ya da çoxumuz)  ömründə heç olmasa bircə dəfə öz ikinci nəfəsini, öz "təhtəlgücünü" yaşayıb; elə bir təhlükə qarşısında qalıb ki, ya qaçıb canını qurtarmaq üçün ikinci nəfəsi açılıb, ya da, əksinə, qalıb vuruşsun deyə hardansa ona özününkündən qat-qat böyük ikinci güc verilib.
Bunun izahını elm verib, ya din verib - kim verib, bilmirəm. İndiyədək oxuduqlarım məni hələlik oralara - o nöqtələrə aparıb çatdırmayıbsa, demək, hələ heç nə oxumamışam!
Düşününcə, belə fikrə gəlirsən: bədənin tələbatı qaçıb qurtulmağaymış (ki, ikinci nəfəsini almısan). Döyüşmək istəmisənsə, sənə öz gücündən dəfələrlə üstün ikinci güc verən isə sənin öz ruhundur.
Öləri tənin, necə olursa-olsun, sağ qalmağın hayındaydı, çünki o, zərər görə biləcək fiziki varlığın bədən ölçüsüdür. Ruhun isə fiziki ölçüləri yoxdur, heç bir güllə, mərmi onu yaralamaz, öldürməz. Bu üzdən şəhidlər müqəddəsdir, çünki ölümsüz ruhlardır. İnsan öz hüdudlarını aşanda, bədənini unudacaq qədər bir ruha dönəndə şəhid ola bilər, qəhrəman ola bilər. Qazi olar. Çünki, Şeyx Şamilin dediyi kimi, sonunu düşünməz.
Axı ruhun nə əvvəli var, nə sonu. Onun harda başlayıb hardasa bitdiyi bir məkanı, zamanı yoxdur. Ruh bizim bildiyimiz ölçüləri bilməz. İnsanın doğulması, yaşaması, ölümü - bunlar hamısı bildiyimiz ölçülərdir. Ruhumuz isə doğulmaq ehtiyacı, yaşamaq qayğısı və ölüm qorxusu bilməz. Bizi gecələr "yuxuya verib" istədiyi kimi, istədiyi qədər gəzib dolaşar. Gecə bitəndə heç əvvəlki bədənə qayıtmadığı da olur və onda deyərlər: "Filankəs gecə yatdı, səhər ayılmadı". Və buna "xoşbəxt ölüm" adı verərlər (sanki lap elə Kamyüsayağı). Səbəbi: ruh çıxıb gedərkən bədən əziyyət çəkmədi.
Elə insan var, ömrü boyu bədənin əmrlərinə qulluq edir, ruhunu bədəninə o qədər tabe tutub, öz bədənində elə "həbsə salır" ki, son günündə ruhunu asanlıqla təslim edə bilmir. Ruh bu günahkar qəfəsdən azad olmaqda çətinlik çəkir və bədənə olmazın əzablar verir. Mövlud Süleymanlının məşhur "Köç" əsərindəki Qanıq ağanı yada salın: o qədər günaha batmışdı ki, canını tapşıra bilmirdi. Hamı deyirdi: "Qanıq ağanı torpaq götürmür".
Və xatırlayın, Planetimizin poetik pikinə qalxa bilmiş Məhəmməd Füzuli nə demiş:
"Ruzi-hicrandır sevin, ey murği-ruhim kim, bu gün
Bu qəfəsdən mən səni, əlbəttə, azad eylərəm".
Yəni bədəndən ayrılıb getdiyi gün,  əslində, ruhun bayramıdır...
Deyəsən, çox uzandı bu söhbət. Həm də çox mübahisəli sularda üzdük bir xeyli. Deməyim odur ki, bəli, biz bir millətin iki dövlətiyik, amma...
Amma son ayların olaylarına baxsaq, görəcəyik ki, deyəsən, bədənimiz bir dövlətin torpağında gəzərkən, ruhumuz o  biri dövlətin göylərində dolaşır. Bu, daha əvvəl də dəfələrlə belə olub.
"Qarabağ-Qalatasaray" oyununda da gördük; öz ölkəsinin meydanına toplaşmış bədənlər qardaş ölkədən gəlmiş komandaya RUH verirdi.
Bəlkə də bu, millətin bir ölkəsində tapa bilmədiyini o biri ölkəsində axtarmağından irəli gəlir?!
Elədirsə, bu faktin, ya da bu hissin özü, bəli, Azərbaycanla Türkiyənin tək millətin iki dövləti olmağının etnopsixoloji "notarialdakı" təsdiqidir ki var! O üzdəndir,  öz ölkəsində indiyədək bir seçkidə belə səs verməyənin "başqa" ölkədəki səsverməyə fokuslanması, öz ölkəsində baş verənlərə səs çıxarmayanın, qardaş məmləkət üçün: "Diktator getsin, demokrat gəlsin..." deməsinin psixoloji kodları bir az əvvəlki analizdə "gizlənib-şifrələnib".
Hərçənd, diqqətlə baxsaq, qardaş ölkədə nə "getsin" dediyiniz adam bildiyiniz qədər diktatordur, nə "gəlsin" dediyiniz adam düşündüyünüz qədər demokratdır. "Distillə edilmiş" demokratiya dünyanın heç yerində yoxdur. Hər yerdə "demokratik" qüsurlar vardı, var, olacaq da. Söhbət xalqın hakimiyyətindən gedirsə, xalq - insanlar deməkdir. Bəşər isə həmişə olmasa da, hərdən çaşar. Və hər yerdə. Qardaş ölkənin seçkisində də qüsurlar olmuş və olacaq. Bundan sığorta yox! Əsas odur, ümumi nəticəyə təsir etməsin.
Ancaq məni şəxsən maraqlandıran millətimizin 85 milyonluq yarısının o seçkidəki RUH halıydı. Bax, bu, doğrudan da, deyildiyi kimi, hamı üçün örnəkdir. Kapitoli təpəsinə dırmanıb Konqres binasını yağmalayan siyasi affektli Amerikalıya da, ikidəbir Paris küçələrini atəşə verən narazı fransıza da, hər kəsə. Oğurlanmış səsinin dalınca düşmüş seçicini güllələyən ermənidən heç danışmıram da.
Əhalisinin tamamı çox fərqli təriqətlərə "səpələnmiş" müsəlman inanclılara Vətən olan, çox mürəkkəb etnomədəni mozaikaya coğrafiyalıq edən, çox qəliz, qarmaşıq geosiyasətin mərkəzinə, həm də hədəfinə çevrilmiş belə bir böyük ölkədə bu qədər çətin bir seçki keçirəsən, özü də dövlətin iki qolunu - iki hakimiyyət institutunu eyni vaxtda yenidən, özü də çoxpartiyalı-çoxspektrli əsasda daha yaxşı olası başqa bir şəkildə şəkilləndirməyə qalxasan və bu da başqalarının körüklədiyi, ya da ən azı istədiyi xaosa deyil, coşqulu bayram havasına köklənə, bax, bu cür sonuc, əlbəttə ki, azad və mədəni millət ruhunun olayıdır.
Bizim telekanallar da elə bu cür  başlıqla verdi: "Qardaş ölkədən dünyaya demokratiya dərsi". Bəs görəsən biz də dərsimizi aldıqmı?! Millətimizin o biri yarısının əllərinə baxıb səs verməyi (elə səs almağı da) öyrənə bildikmi?! Ya da  millətimizin o biri yarısının ayaqlarına baxıb futbol oynamağı öyrənsəydik, heç olmasa. Bilmədiklərimizi qardaşımızdan da öyrənməyib, kimdən öyrənəcəyik?!
Yox, heç məndəki ritorika tək bu  da deyil. Soruşmaq istərəm: bəs deyirdiniz, diktatordur!
Yox, atam, öz seçiminə - taleyinə sahiblik edən belə bir millət hətta Tayyib Ərdoğan kimi xarizmaya da diktatorluq şansı verməzmiş və verməmiş də!
Adam bu gün seçkidən öz müxalif rəqibi ilə başabaş çıxırsa, ikinci tura qalırsa və nə birinci, nə ikinci turda qalibin kim olacağını heç kim bilə bilmirsə, deməli, bu, doğrudan da, demokratiyadır. Deyildiyi kimi, öyrənmək istəyənlərdən ötrü - dərsdən qaçmayanlar üçün demokratiya dərsidir. Nəticələri hətta faiz bölgüsünə qədər əvvəldən bəlli olan "seçki" deyil bu. Seçicinin ən azı 40-45 faizinin, öz təbirlərincə desək, sandıq başında qərar verdiyi bir seçkidir. Bu cür hal insanın, konkret halda seçib-seçilmək hüququ olan vətəndaşın bioloji refleksə qapılmadığı, öz hüdudlarını aşa bildiyi həmin o ruh halıdır.
Ölkəsindəki indiki sosial-iqtisadi şərtlərdə türk seçicisi, sadəcə, bədəni ilə səs versəydi, hazırkı hakim partiya nəinki parlamentdə əzici üstünlük alardı, əksinə, barajın altında qalıb əzilərdi. Hazırkı prezident isə 49 faiz səslə ikinci tura keçmək yerinə, 4,9 faizlə cəzalandırılıb, yerlə bir edilər, yerin dibinə keçərdi. Demək, türk xalqı olaya təkcə mədə niyyətli yanaşmır, özünün-ölkəsinin gələcəyinə daha geniş baxmağın, daha miqyaslı düşünməyin siyasi mədəniyyətini yarada bilib. Yoxsa indiki prezident çoxdan dünəndə qalardı.
Adamın səsvermədən siyasi cəsəd kimi çıxacağını gözləyirdilər, amma parlament yarışından qalib, prezidentlik marafonundan favorit olaraq çıxdı. Həm də təkbaşına. Demək, gücü özündədir.
Əgər onun rəqibi bütün müxalif cırtdanları başına toplayıb özünə güc qazanmağa çalışırdısa, hazırkı prezident özündəki öz gücünü ortaya qoydu. Rəqib namizəd güclü saydığı fiqurlardan qurduğu komandanın gücünə möhtacdısa, hazırkı prezident komandasına özü öz gücündən verirdi.
Bu iyirmi illik iqtidarın özülündə elə bu faktor dayanırdı. Qardaş ölkənin siyasətində qeyri-səlis məntiq tam gücü ilə işlədi: elə hallar var, siyasi güclər birləşib zəifləyər, elə hallar var, ayrılıb güclənər. İki üstə gəl iki siyasətdə heç də hər zaman dörd eləmir. Bir də görürsən, ən yaxşı halda üçə endi (örnəyi: "Millət" ittifaqı). Amma iki dəfə iki beşə də qalxa bilər. Misal: Sinan Oğan. Türk siyasəti indi ona kilid namizəd deyir. Əslində isə əksini deyərdim: yeni prezidentin kim olacağının açar sözüdür Sinan Oğan.
P.S. Bu arada Tayyib Ərdoğan kimi özündə güclü rəqiblə dabanqırma yarışa bilən müxalif iddiaçının - Kemal Kılıcdaroğlunun da haqqını ayrıca vermək lazımdır; yəni qardaş müxalifətdən də öyrənməli çox şey var. Təkcə düzlərindən deyil, həm də onu hələlik "düzdə" qoyan səhvlərindən.
Söhbət müxalifətin parlamenti uduzmağına, prezidentliyin ikinci turuna ikinci sırada qalmağına səbəb olan çox ciddi səhvlərdən gedir. Eləcə də iqtidarın düzlərindən, səhvlərindən  öyrənmək istəyənə də çox dərs var.
Axı bir millətik. Bir millətin iki dövlətiyiksə, elə yenə əvvəlki kimi iki qalaq, o ayrı. Ancaq niyə iki ayrı cür qalaq?! Bir millətin iki eyni dövləti olsaq, o zaman "bir millət-iki dövlət" yorumu da bizi heç yormaz. Necə ki Şuşa azad olunandan sonra "Qarabağ şikəstəsi" də daha bizə şikəst kimi görünmür...
Bəlkə düz demədim?!
16.05.2023

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Niyə telefon soyuqda sönür?

Niyə telefon soyuqda sönür?

John Doe 1 il əvvəl

Erməni bloqer Azərbaycan vətəndaşlığı almaq istəyir +VİDEO

Erməni bloqer Azərbaycan vətəndaşlığı almaq istəyir +VİDEO

John Doe 1 il əvvəl

Hitlerin evi polis bölməsinə çevriləcək

Hitlerin evi polis bölməsinə çevriləcək

John Doe 1 il əvvəl

37 ildən sonra ilk dəfə mavi tutuquşular vəhşi təbiətə buraxıldı

37 ildən sonra ilk dəfə mavi tutuquşular vəhşi təbiətə buraxıldı

John Doe 1 il əvvəl

Tahir Süleymanov: Bir-iki qələbəylə bataqlığa sürüklənmiş Azərbaycan futbolu xilas oluna, inkişaf edə bilməz!

Tahir Süleymanov: Bir-iki qələbəylə bataqlığa sürüklənmiş Azərbaycan futbolu xilas oluna, inkişaf edə bilməz!

John Doe 1 il əvvəl

Tahir Süleymanov: Böyük futbol naşılığı, zarafatı qəbul etməz!

Tahir Süleymanov: Böyük futbol naşılığı, zarafatı qəbul etməz!

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com