GÜLƏŞ
------------
Dünya çempionatının hazırlığına start verilib
Güləş üzrə milli komandalarımız dünya çempionatına hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışlarına (TMT) start veriblər. AGF-dan verilən məlumata görə, yığmalarımızdan ikisi - yunan-Roma və və qadın güləşi üzrə yığmamız Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirir. Yunan-Roma güləşi üzrə millimiz mayın 9-dan fiziki hazırlıq üzrə təlim-məşq toplanışına başlayıb. Fiziki güc və dözümlülüyün artırılması yönündə keçirilən məşqlər ayın 23-dək davam edəcək. Qadınlardan ibarət yığmamız baş məşqçi Semyon Çterevin rəhbərliyi altında mayın 15-də paytaxtda təlim-məşq toplanışına start verib. Hazırlıq prosesi mayın 30-dək davam edəcək. Sərbəst güləşçilərimiz isə mayın 14-də baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında Rusiyaya yollanıblar. Vladiqafqazda keçirilən təlim-məşq toplanışı mayın 28-də yekunlaşacaq.
Qeyd edək ki, komandalarımızı qarşıda Qırğızıstan (1-4 iyun) və Macarıstanda (13-16 iyul) keçiriləcək reytinq xarakterli turnirlər gözləyir. Paris Olimpiadasına (Olimpiada-2024) lisenziya xarakteri daşıyan dünya çempionatı isə sentyabrın 16-dan 24-dək Serbiyada təşkil ediləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.