TAEKVONDO
----------------------
Nağı Səfərov: "Kişilərin qarşısında 3, qadınlarda isə 2 medal qazanmaq vəzifəsi qoyulub"
Məlum olduğu kimi mayın 29-dan iyunun 4-dək paytaxt Bakıda kişi və qadınlar arasında taekvondo üzrə sayca 26-cı dünya şempionatı keçiriləcək. Çempionatla bağlı bəzi məqamlara aydınlıq gətirmək məqsədi ilə bu gün Azərbaycan Taekvondo Federasiyasının ofisində qurumun vitse-prezidenti Nağı Səfərov mətbuat konfransı keçiib. Qurum rəsmisi ilk öncə Bakının ev sahibliyi edcəyi mundialda iştirak temək üçün rəsmi qeydiyyatdan keçən komandaların sayını bildirib. Onun sözlərinə görə, Bakıda keçiriləcək Dünya Çempionatında iştirak etmək üçün 145 ölkədən 1000-ə qədər idmançı rəsmi olaraq qeydiyyatdan keçib. Bu isə ötən il Meksikada keçirilən analoji yarış iştirakçılarının sayı ilə müqayisədə xeyli çoxdur. Meksikada baş tutan sonuncu çempionatda 120-dən çox ölkədən 756 idmançı qeydiyyatdan keçmişdi. Nağıyevin sözlərinə görə, şempionatla bağlı 2000-ə yaxın qonağın Azərbaycana gəlməsi nəzərdə tutulur.
Mundialda ev sahibi kimi çıxış edəcək Azərbaycan komandasının heyətinin 15 döyüşçüdən ibarət olacağını qeyd edən qurum rıhbəri bu arada komandanın qarşısında qoyulan vəzifəni də açıqlayıb. Onun sözlərinə görə, kişilərdən ibarət yığmanın qarşısında 3, qadınlarda isə 2 medal qazanmaq vəzifəsi qoyulub. Dünya çempionatı reytinq xarakterli olduğu üçün hər çəkidə qalib olan aktivinə 140 xal yazdırmış olacaq.
Mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz, bu dəfəki çempionatın əlamətdarlığı ilə də fərqlənəcək. Sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley tədbiri şəhərimizdə qeyd olunacaq. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edən Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci ölkə kimi tarixə düşəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.