VOLEYBOL
--------------------
Qadın voleybol yığmamızın yeni baş məşqçisi ictimaiyyətə təqdim edilib
Azərbaycan Voleybol Federasiyası (AVF) bu gün Bakı Voleybol Mərkəzində keçirdiyi mətbuat konfransında qadınlardan ibarət millimizin yeni təyin olunmuş türkiyəli baş məşqçisi Ataman Güneyligili ictimaiyyətə təqdim edilib. Qeyd edək ki, Mərkəzdə təşkil olunan mətbuat konfransında AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev, baş məşqçi Ataman Güneyligil, fiziki hazırlıq üzrə məşqçi Gençer Yarkin, İdarə heyetinin üzvləri, federasiyasının digər nümayəndələri və jurnalistlər iştirak ediblər.
Konfransda söz alan federasiya prezidenti Şahin Bağırov milli komandamızın bu ilin avqustunda baş tutacaq Avropa çempionatına hazırlıq prosesi çərçivəsində nəzərdə tutulan işlər haqqında məlumat verib. Voleybolun ölkədə populyarlaşdırılması və kütləviliyinin artırılması istiqamətində görüləcək tədbirlərdən ətraflı danışan AVF rəhbəri Ataman Güneyligilə və voleybolçularımıza qarşıdakı Avropa çempionatında uğurlar arzulayıb.
Sonra çıxış üçün söz qadınlardan ibarət yığmamızın yeni baş məşqçisi Ataman Güneyligilyə verilib. AVF rəhbərliyinə və media nümayəndələrinə təşəkkürünü bildirən 41 yaşlı mütəxəssis millimizin qitə birinciliyinə hazırlıq prosesindən danışaraq, yaxın günlərdə əsas heyətin müəyyənləşdiriləcəyini deyib. Yığmamızın çempionatda Almaniya və Türkiyə kimi komandalarla bir qrupa düşməsini vurğulayan türkiyəli mütəxəssis hələ də komandamız və onun üzvləri ilə tanış olmadığını da dilə gətirib. "Yaxın günlərdə oyunçuların fiziki hazırlıq səviyyələrini yoxlamaq üçün test keçirəcəyik. Biz yığmanın düşərgəsində olan 24 oyunçunun hamısı ilə tanış oalacağıq və bütün potensiallı oyunçuları saxlayacağıq. Burada gəncləri də diqqətdən kənarda qoymayacağıq. Fürsətdən istifadə edərək, Azərbaycan Voleybol Federasiyasına belə bir məsul işi mənə etibar etdiyi üçün təşəkkür edirəm" - deyən yeni baş məşqçi AÇ-2023 öncəsi yığmanın hazırlıq planını da nümayiş etdirib.
AVF-nin vitse- prezidenti Faiq Qarayev çıxış edərək Ataman Güneyligilin fəaliyyəti ilə yaxından tanış olduğunu bildirib, ona qarşıdakı yarışda uğurlar arzulayıb.
Daha sonra Ataman Güneyligil və Gençer Yarkinə millimizin forması təqdim olunub.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.