BOKS
----------------
Boksçumuz Alfonso Dominqes DÇ-2023-də ikinci olub
Boks üzrə kişi yığmamız 2 medalla mundialdan Vətənə dönüb
Özbəkistanın paytaxtı Daşkənddə kişilər arasında keçirilən və Azərbaycan boksçularının da iştirak etdiyi dünya çempionatına son final döyüşləri ilə yekun vurulub. Qeyd edək ki, mundialın həlledici final döyüşlərinin birində Azərbaycan yəğmasının kubalı legioneri Alfonso Dominqes (86 kq) rinqə çıxıb. Pekin Olimpiadasının mükafatçısı, 2021-ci ildə Belqradda keçirilən dünya çempionatının və eləcə də 2-ci Avropa Oyunlarının (2019) qalibi adını daşıyan Dominqes çempionluq uğrunda rusiyalı Şarabutdin Atayevlə qarşılaşıb. Döyüş rəqibin 1:4 hesablı qələbəsi ilə bitincə, boksçumuz mundialın gümüş medalı ilə kifayətlənməli olub.
Xatırladaq ki, kubalı baş məşqçi Pedro Rokenin rəıhbərliyi altında mundiala 13 boksçu ilə qatılan Azərbaycan yığması biri gümüş, digəri bürünc əyarlı olmaqla iki medal qazanıb. Bürünc medal isə +92 kq çəki dərəcəsində döyüşən Məhəmməd Abdullayevin aktivinə yazılıb. Qeri gəlmişkən. hələ 2021-ci ildə də bürünc medal qazanan Abdullayev bu dəfə yarımfinalda hakimlərin ədalətsiz qərarı üzündən üçüncülüklə barışmalı olub. Beləki, Abdullayevin hər 3 raundda fəal olmasına və hətta 3-cü raundda rəqibini nokdaunda salmasına baxmayaraq, 5 hkimdən 4-ü qələbəni boksçumuzun rəqibi olan kubalı boksçu Fernando Lopes Arzolaya verib.
Beləliklə, 107 ölkə təmsilçisinin qatıldığı dünya çempionatında iştirak edən Azərbaycan komandası 2 medalla dünən Vətənə dönüb. Boksçularımızı qarşıda daha bir sınaq - Paris-2024-ə lisenziya xarakterli 3-cü Avropa Oyunları gözləyir. Oyunlar bu ilin yayında Polşada keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.