HÜMBƏT QULİYEV:
Anam (hekayə)
Beynəlxalq Analar gününə
Anamla bağlı bir xatirəmi yazıram.
Tibb universitetinin ikinci kursunda oxuyanda, müəllimlə mübahisə səbəbindən biokimya fənninin "zaçotundan" kəsildim.
Axşam evə gələndə, anam bikefliyimi hiss edib səbəbini soruşdu. Təsadüfən masanın üzərində olan biokimya dərsliyini göstərib dedim ki, bu kitabdan kəsilmişəm. Qucaqlayıb təsəlli də verdim ki, narahat olmasın, məndən yaxşı bu fənni bilən yoxdur, tezliklə də hər şey düzələcək.
Sabahı gün tezdən duranda gördüm ki, anamın olduğu otağın işığı yanır. Təəccübləndim, səs edib otağa girdim. Anam yataqda əlində biokimya dərsliyimi tutub mürəkkəb kimyəvi formullarla dolu səhifələri vərəqləyirdi.
Soruşdum; - ay ana, nə edirsən?
Dedi ki: -Bala, bütün gecəni bu kitabı vərəqləmişəm, gözümə yuxu getməyib. Anamı qucaqladım,
onun cəmi iki sinif təhsili var idi…
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.