TAEKVONDO
--------------
Taekvondoçularımız Multi Avropa Oyunlarında 6 medal qazanıblar
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc və yeniyetmə taekvondoçular arasında Multi Avropa Oyunları keçirilib. Oyunlarda Azərbaycan taekvondoçuları da iştirak ediblər. Azərbaycan Taekvondo Federasiyasından (ATF) verilən məlumata görə, taekvondoçularımız bu yarışda ikisi qızıl, ikisi gümüş və ikisi də bürünc əyarlı olmaqla 6 medal qazanıblar. Qeyd edək ki, turnirin ilk günü gənclər müxtəlif çəki dərəcələri üzrə dayanqda mübarizə aparıblar. Bu yarışda baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi etdiyi yığmanın heyətində Məhəmməd Həsənli (48 kq) ikinci, Hüseyn Xudiyev (78 kq) və Ruslan Həsənzadə (+78 kq) isə üçüncü yeri tutub. Yarışın ikinci günü isə dayanq üzərinə yeniyetmə idmançılar çıxıblar. Burada isə Rəşad Məmmədovun rəhbərlik etdiyi Azərbaycan yığması 2 qızıl və 1 gümüş medal qazanıb. Bütün rəqiblərinə qalib gələn İlyas Hətəmli (160 sm) və Şəms Əlizadə (160 sm) çempion tituluna yiyələnib. Yalnız finalda komanda yoldaşına məğlub olan Novruz Əliyev gümüş medala layiq görülüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.