CÜDO
----------------
Cüdo yığmamız dünya çempionatında 20-ci yeri tutub
Mayın 7-də Qətərin paytaxtı Dohada kişi və qadın çüdoçular arasında startı verilən dünya çempionatına mayın 13-də komanda (18 ölkə) yarışı ilə yekun vurulub. 8 gün davam edən və Azərbaycan cüdoçulaının da iştirak etdiyi bu mundialda 99 ölkəni təmsil edən 657 (343 kişi və 314 qadın) tatami ustası medallar uğrunda mübarizə aparıb. Çempionata 4 qadın olmaqla 13 cüdoçu ilə qatılan Azərbaycan yığması çıxışını Zəlim Kotsayevin (100 kq) qazandığı yegənə bürünc medal sayəsində komanda hesabında 20-ci yeri tutub. Yaponiyanın (5-2-4) biinci, Fransanın (2-3-2) ikinci və Gürcüstanın (2-1-1) üçüncü olduğu mundialda Azərbaycan Xorvatiya, İsveç, Çin, Qazaxıstan, Kosovo, Kuba, Türkiyə, Böyükbritaniya , Meksika və sair kimi ölkələri geridə qoyub.
Onu da qeyd edək ki, yığmamız mundialın son günündə (13 mayda) 18 komandanın iştirakı ilə keçirilən qarışıq komanda yarışında iştirak etməyib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.