BASKETBOL
------------------
Finalda "Sabah"ın rəqibi kim olacaq? "NTD" yoxsa "Gəncə"?
Kişi basketbolçulardan ibarət klublar arasında keçirilən Azərbaycan çempionatının yarımfinal mərhələsində "NTD" ilə "Gəncə" arasında ikinci oyun keçirilib. Lakin cütlüyün finalçısı aşkarlanmayıb. Qeyd edək ki, ilk oyunda səfərdə 73:101 hesabla "NTD"ni məğlub edən "Gəncə" doğma divarlar arasında keçirdiyi ikinci görüşdə isə məğlubiyyətlə üzləşib - 76:105. Nətcidə isə ümumi hesab 1:1 olub. Bu mərhələ 2 qələbəyədək davam etdiyi üçün rəqiblər üçüncü dəfə qarşılaşacaqlar. Həmin oyun isə mayın 16-da saat 19:30-da "Sərhədçi" Olimpiya İdman Kompleksində keçiriləcək. Qarşılaşmadan qalib ayrılan komanda həlledici finalda "Sabah"a rəqib olacaq.
Yeri gəlmişkən, "Sabah" yarımfinalda "AAAF Xırdalan"la qarşılaşıb və hər iki oyunda qalib gəlib. İlk oyunda 86:71 hesabla üstün olan "Sabah" ikinci oyunda isə 83:77 hesablı qələbə qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.