24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

AzMUN Milli Simulyasiya Konfransı uğurla başa çatdı (FOTO=12)

2 il əvvəl 807 01

AzMUN Milli Simulyasiya Konfransı uğurla başa çatdı

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları (ATGTİ) təşkilatçılığı ilə  beynəlxalq münasibətlərə, diplomatiyaya maraqlı müxtəlif təhsil müəssisəsindən olan 100-dən çox tələbənin iştirakı ilə “AzMUN Milli Simulyasiya Konfransı” keçirilib.

3 gün ərzində təşkil olunan konfrans Azərbaycanın dilbər guşələrindən olan Şəki şəhərində, Olimpiya İdman Kompleksində təşkil olunub. Konfransın rəsmi açılış mərasiminə keçməzdən öncə Şəki şəhərində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, daha sonra rəsmi açılış mərasimi dövlət himninin səsləndirilməsi, ölkəmizin bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.

Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov açılış nitqində iştirakçıları salamlayaraq, layihənin gələcək diplomatların formalaşmasında mühüm rol oynayacağına əmin olduğunu, keçirilən konfransların gənc diplomatlara böyük töhfə verəcəyini və onların fəaliyyətlərinin daha da stimullaşdırılmasına imkan yaradacağını bildirib.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Şöbə müdirinin müavini İlyas İsmayıllı çıxışı zamanı “AzMUN” proqramının və keçirilən simulyasiyaların  tələbələrin inkişafının artırılmasına xidmət etdiyini, Nazirlik tərəfindən bu tipli layihələrin keçirilməsini daima dəstək göstərildiyini vurğulayıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli də öz çıxışı zamanı bu kimi beynəlxalq əhəmiyyətli layihələrin təşkil olunmasının tələbələrin təcrübi bacarıqlarının formalaşmasına, tələbələrin şəxsi inkişafına göstərdiyi müsbət təsirlərdən və layihənin gələcək perspektivlərindən söz açıb. Ardınca “AzMUN” proqramının rəhbəri Leyla Məmmədzadənin proqram haqqında təqdimatı baş tutub.

Konfransın ilk günü, rəsmi açılış mərasiminin ardınca baş tutan böhran simulyasiyasiyasına Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov da yaxından izləyərək, gələcək diplomatların çıxışları ilə tanış olub. Daha sonra nazirin iştirakçılarla görüşü baş tutub. Görüş zamanı Fərid Qayıbov yürüdülən xarici siyasət, siyasi-diplomatik aspektlərdən,  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövr ərzində gənclər üçün yaradılan imkanlardan  və atılan addımlarla bağlı gənclərlə fikir mübadiləsi aparıb, onların suallarını cavablandırıb.

Layihə ərzində iştirakçılar üçün şəbəkələşmə oyunları, asudə vaxtın səmərəli dəyərləndirilməsi üçün müxtəlif əyləncələr, görüşlər, o cümlədən Şəkinin gəzməli və görməli tarixi abidələrinə maraqlı səfərlər təşkil olunub. Gənclərin bilik və bacarıqlarını artırmaq məqsədi ilə müxtəlif günlərdə simulyasiyalar keçirilib. Tədbirin ikinci günü müxtəlif ölkələrin prezident, xarici işlər naziri, daxili işlər naziri və müdafiə naziri rollarında çıxış edən tələbələrlə simulyasiya sessiyaları keçirilib. Moderatorlu və moderatorsuz sessiyalar olmaqla “Nüvə silahlarının yayılmaması və silahsızlanma” mövzusu ətrafında BMT Baş Assambleyasında Beynəlxalq Təhlükəsizlik komitəsi Azərbaycan dilində, Baş Assambleyanın Sosial, Humanitar və Mədəniyyət komitəsində isə “Qlobal miqyasda qaçqın böhranı və daxili köçkünlüklə mübarizə” mövzusu ətrafında ingilis dilində müzakirə təşkil olunub. Layihənin son günündə simulyasiyalar yenidən təşkil olunmuş, daha sonra qətnamə qəbul edilib. Bununla yanaşı iştirakçılar böhran situasiyalarında problemlərin həll olunması istiqamətində də praktiki təcrübə əldə ediblər.

Tədbirdə iştirak edən gələcək diplomatlar böhran situasiyalarında problemlərin həll olunması istiqamətində praktiki təcrübə əldə etdiklərini, bu tipli layihələrin daha çox həyata keçirilməsini vurğulayıb, haqq səsimizi obyektiv və tam şəkildə dünyaya çatdıra biləcək gənc nəslin yetişməsində mühüm əhəmiyyət kəsb etdiyini xüsusi olaraq qeyd ediblər.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

John Doe 1 il əvvəl

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

John Doe 1 il əvvəl

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

John Doe 1 il əvvəl

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

John Doe 1 il əvvəl

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

John Doe 1 il əvvəl

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com