24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

Rəsədxanada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

2 il əvvəl 613 01

Rəsədxanada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və Biofizika İnstitutunun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar "Heydər Əliyev - Azərbaycan elminin hamisi və qurucusu" mövzusunda elmi sessiya keçirilib. Sessiyada hər iki qurumun elmi heyəti ilə yanaşı, Şamaxı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Şamaxı Rayon Təşkilatının və Şamaxı Rayon Təhsil Şöbəsinin nümayəndələri də iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Şamaxı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Elmi sessiya Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu öndərin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şamaxı Astrofizika Rəsədxanasının Baş direktoru, müxbir üzv Namiq Cəlilov tədbiri giriş sözü ilə açaraq müasir Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin çiçəklənməsində xidmətlərindən, eyni zamanda elmə və elm adamlarına diqqət və qayğısından, elmi tərəqqinin təşviqinə verdiyi töhfələrdən danışıb. Alim bildirib ki, Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə elm və təhsilin inkişafına, bu sahədə mövcud olan problemlərin kompleks şəkildə həllinə xüsusi həssaslıqla yanaşmışdır. Dünyanın aparıcı ölkələrinin təcrübəsindən bəhrələnərək milli elm və təhsil sisteminin təşkilinə, eyni zamanda bu iki sahənin uğurlu inteqrasiyasına nail olmuşdur. Zəngin tarixi ənənələrə malik Azərbaycan elminin təkcə SSRİ miqyasında deyil, dünyada cərəyan edən elmi proseslərə inteqrasiya edən, iqtisadiyyatın bu və ya digər sahəsinə tətbiq olunan çoxsaylı uğurları əsasən Ulu Öndərin rəhbərliyi dövrünə təsadüf edir. Məhz Heydər Əliyevin həyata keçirdiyi dövlət əhəmiyyətli strateji siyasətin nəticəsi olaraq neft və qaz sahəsində müxtəlif elmi problemlərin həllinə, həmçinin neft-kimya sənayesinin inkişafına nail olunmuş, aparılan coğrafi, geoloji və geofiziki tədqiqatlar öz əməli bəhrəsini vermişdir. Həmin dövrlərdə Azərbaycançılığın ən mühüm komponenti, milli varlığın qarantı olan ana dilinin inkişaf etdirilməsi sahəsində də mühüm tədbirlər həyata keçirilmişdir. Energetika, mexanika, fizika, riyaziyyat, astronomiya, informatika və digər sahələrdə fundamental tədqiqatların aparılması, nüfuzlu elmi məktəblərin yaradılması üçün taleyüklü qərarlara imza atılmışdır.
Namiq Cəlilov qeyd edib ki, Şamaxı Astrofizika Rəsədxanasının dünya rəsədxanaları ilə əməkdaşlıq əlaqələrinin qurulması, ümumilikdə Azərbaycanda kosmik sənayenin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1974-cü ilin sentyabrında Rəsədxanaya gələrək alimlərlə görüşmüş, elm adamlarının iş fəaliyyəti ilə maraqlanmış, problemləri ilə yaxından tanış olmuş, elm ocağının  fəaliyyətini daim diqqət mərkəzində saxlamışdır. Eyni zamanda rəsədxanada elmi - tədqiqat aparan alimlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 5 mərtəbəli 40 mənzildən ibarət olan bina da Ulu Öndərin göstərişi ilə tikilmişdir. Rəsədxanaya hər bir səfəri böyük maraqla qarşılanan Heydər Əliyevin zamanında verdiyi sərəncamlar indi də öz bəhrəsini verməkdədir. Ümummilli Liderin  göstərişi ilə ilk dəfə olaraq 1976-cı ildə indiki Bakı Dövlət Universitetində astrofizika kafedrası yaradılmışdır. Hazırda rəsədxanada çalışan alimlərin əksəriyyəti  həmin kafedranın məzunlarıdır. Ümummilli Liderin rəsədxananın inkişafına yönələn digər məqsədyönlü sərəncamları da uğurla həyata keçirilmişdir. Məhz Heydər Əliyevin göstərişi ilə bir çox nazirlik və dövlət komitələri tərəfindən rəsədxanaya bütün zəruri köməklik göstərilmişdir. Ulu Öndərin diqqət və qayğısı nəticəsində 1970-81-ci illərdə rəsədxananın nüfuzu beynəlxalq aləmdə sürətlə artmış, elmi-texniki və intellektual səviyyəsi yüksək zirvəyə qalxmışdır.
Sonra Yeni Azərbaycan Partiyası Şamaxı Rayon Təşkilatının sədri Tural Qasımlı çıxış edərək, Heydər Əliyevin siyasi fəaliyyətinin aspektlərindən danışıb. O, qeyd edib ki, müasir Azərbaycan tarixində milli özünüdərkin, Azərbaycançılıq məfkurəsinin təşəkkül tapması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev özünün fenomenal idarəçilik bacarığı və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu və uğurlu fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub.
Açılış mərasimindən sonra elmi sessiyaya keçid edilib. Elmi sessiyada ŞAR Elmi Kitabxanasının müdiri Lalə Səlimzadə, “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri f.r.ü.f.d, dosent Canməmməd Rüstəmov, “Qalaktikalar  və  ulduzəmələgəlmə prosesləri” şöbəsinin aparıcı elmi işçisi, a.ü.f.d Həmayil Adıgözəlzadə, ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Aynurə Həsənova, Biofizika institutunun “Ekoloji biofizika” laborotoriyasının böyük elmi işçisi, b.ü.f.d., dosent Ruhiyyə Quliyeva, GAMŞ-ın sədri Mətanət Baxışova, “Biomolekulların strukturu, dinamikası və funksiyası” laborotoriyasının kiçik elmi işçisi Aidə Məmmədzadə müvafiq olaraq, “Heydər Əliyevin Azərbaycan elminin inkişafına böyük qayğısı”, “Marağa rəsədxanasının astronomiya elminə gətirdiyi yeniliklər”, “Cavan ulduzlar və onların fiziki fiziki xassələri”, “B və A spektral sinifli ifratnəhəng ulduzların atmosferində qeyri-stasionar proseslər”, “Canlı orqanizmlərin kosmosla əlaqəsinin peroksiredoksin bioritmləri ilə tənzimlənməsi”, “Xərçəng xəstəliyi və onunla mübarizə metodları”, “Amiloidlərin əmələ gəlməsi və onların insan orqanizmi üçün fəsadları” mövzuları üzrə məruzə ilə çıxış ediblər.
Çıxışlar ətrafında müzakirələr aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb.
Elmi sessiyanın yekununda məruzəçilərə sertifikatlar təqdim edilib.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra isə qonaqların əvvəlcə ŞAR-ın muzeyinə və sonra isə 2 metrlik teleskop binasına ekskursiyası təşkil edilib.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

John Doe 1 il əvvəl

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

John Doe 1 il əvvəl

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

John Doe 1 il əvvəl

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

John Doe 1 il əvvəl

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

John Doe 1 il əvvəl

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com