HÜMBƏT HƏSƏNOĞLU:
Matriarxat? (esse)
Biri- birini yalnız virtual "görən" insanların, bir- birilə dost olmaq istəyi sosial şəbəkələrin özəlliyidir. Bu insani münasibətlərdə yeni bir mərhələdir…
İnsan təfəkkürü hər yeniliyə çox ehtiyatla yanaşdığından, hər dostluq təklifinə də şübhə ilə yanaşır. Kimdir, niyə dostluq etmək istəyir, bu dostluq mənə təhlükə ola bilərmi?
Şəklini profilinə qoymamış insanlar daha çox şübhə doğurur. Axı niyə gizlənir? O insanın suçlu ola biləcəyi haqda şübhələr yaranır. Heç tanımadığımız insanla bağlı təfəkkürümüz gərilir, emosional sferamız həyacanlanır.
"Yaxşı olmasa, dostluqdan çıxararam" fikri təfəkkürü sakitləşdirir.
Əks cinsə dostluq təklifi ümidləri kibrit alovu kimi işıqlandırır.
Qınaq hissi ilə maraq hissi mübarizə aparır. Əksər hallarda, maraq hissi üstələyir. Tarix boyu kişilərin qadınlara olan maraq hissi qınaq hissinə qalib gəldiyindən, çox sahələrdə onlar irəli çıxıblar və matriarxat( qadın hakimiyyəti) çox sahələrdə artıq özünü açıqca göstərir. Təhsildə, səhiyyədə onlar artıq tam dominantdırlar. Diğər " kişi" sahələrdə də onların xüsusi çəkisi durmadan artır. Ağırlıqqaldıran, cüdoçu, hətta boksçu qadınlara daha təəccüblənən yoxdur. Ailədə də onların üstün mövqeləri heç kimə sirr deyil. Çox ailələri onlar dolandırır, uşaqların da tərbiyəsi də ( həmçinin oğlan uşaqlarının) onların tam nəzarətindədir. Öz maraqlarına da uyğun onları tərbiyə edirlər. Dominant fikir: Mamaya qulaq as!
Mamaya qulaq asmağa vərdiş, arvada qulaq asmaqla sonlanır…Feysbukda da onların aktivliyi ortadadır. Cəsarətlə əks cinsə dostluq göndərirlər. Dost seçimində də onlar daha diqqətlidirlər.
Kişi həyat yoldaşı ilə iyirmi il yaşayıb onu tanımaya bilir. Qadın kişi ilə ikicə saat ünsiyyətdın sonra onun diaqnozunu qoyur və dəqiq bilir ki, bu insanla hara qədər gedə bilər. Kişi ağlı qadın intuisiyasına həmişə məğlub olacaq. Kişi- qadın ünsiyyətində də onların üstünlük əldə etmək istəyi, daha kişilərə aşağıdan yuxarı baxmaq istəməmələri aydın görünür. Artıq çox qadınlar pul qazanmağın ləzzətini tutublar. Rüşvəti alıb- verməyi də çox kişilərdən yaxşı bacarırlar. "Erkək qadınlar" bir fenomen olaraq artıq mövcuddur. Bu məğlubiyyətlə barışmayan kişilər kobud fiziki güclərini ortaya qoyurlar. Mədəni olanlar sadəcı əsəbiləşirlər...
Görünən odur ki ,dünya feminist hərəkatı hələ mızıldanmaqda olan kişilərə yaxın illərdə tam qalib gələcək. Qərbdə bu məsələ tam həllini tapıb və orada kişi qadına nəinki toxuna bilməz, heç ona kişi gözü ilə baxa da bilməz. Baxmağa cəsarət edənlər böyük bədəl ödəməli olurlar, hətta prezidentdirlərsə belə.
Mənim bu yazıya cəsarətimi də istisna kimi qəbul edin.
Sonda demək istəyirəm ki, matriarxatdan ən əziyyət çəkən sonda elə qadınlar olacaq. Qadın güçlü kişinin böyrünə sığınmaqdan, kişinin burnunun onun yanağına sevərək dirəməyindən aldığı ləzzəti daha heç cür ala bilməyəcək, təəssüf ki.
Hə, sonda hər iki tərəfin təəssüf hissi ilə yaşayacağını təəssüflə qeyd edirəm…
Son fikir, sırf kişi fikridir, razılaşmaya bilirsiniz…
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.