24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. Siyasət
Siyasət

Kamal Salayev: Ermənistanda gürcüfobiya hansı məqsədlər üçün istifadə olunur?

2 il əvvəl 829 01

Kamal Salayev
AMEA Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin kiçik elmi işçisi

Erməni millətçiləri Ermənistanda məqsədyönlü şəkildə gürcüfobiyanı yayırlar. Erməni xadimləri vaxtaşırı olaraq mətbuatda, Ermənistanın kanallarında antigürcü, gürcüfobiya ruhlu çıxışlar edərək ictimaiyyətdə gürcü xalqına qarşı nifrət yaradırlar. Bu baxımdan sübut olaraq, Ermənistanın “Noyan Topan” telekanalında [1] çıxış edən gürcüfob erməni xadimi Razdan Madoyanın antigürcü xarakterli çağırışlar etməsini və onu dinləyən aparıcının ona haqq qazandırmasını göstərmək olar. R.Madoyan, beynəlxalq neft platformalarında qətllərin törədilməsinə dair çağırışlar edir və beləcə erməni millətçilərinin ölkələrarası arapozuculuq fəaliyyətini həyata keçirməyə çalışır. Belə bir arapozuculuq fəaliyyətinin həyata keçirilməsində isə məqsəd - Gürcüstan üzərindən hər hansı tranzitin, enerji qovşağının formalaşmasının qarşısını almaqdır.

Erməni millətçiləri məskunlaşdıqları Gürcüstan ərazilərində də qəsdən gürcüfobiyanı yayaraq gürcülərə qarşı nifrət yaradırlar və gürcüfobiyadan təzyiq mexanizmi kimi istifadə edərək gürcüləri sıxışdırmağa, ərazilərini isə ələ keçirməyə çalışırlar. Başqa sözlə desək, erməni millətçiləri ruslarda gürcülərə qarşı nifrət oyadaraq Rusiyanın hərbi potensialı hesabına Gürcüstanın ərazilərini ələ keçirmək istəyirlər. Belə bir fakt məlumdur ki, 2006-cı il tarixində “Cavaxk” separatçı təşkilatının yaradıcılarından biri olan R.Madoyan Rusiya hərbi bazasının Axalkalakidən çıxarılmasına qarşı çıxanlardan biri olub. Erməni separatçıları Samtsxe-Cavaxetini “Cavaxk” kimi qələmə verərək həmin ərazidə, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın ağır məğlubiyyətindən sonra tamamilə iflasa uğrayan “Artsax” ssenarisini həyata keçirməyə çalışıblar.

Eməni millətçiləri hər dəfə eyni yalanlarla mediada çıxış edərək, Ermənistanın əsassız ərazi iddialarının həyata keçirilməsinə çalışırlar. Xatırlatmaq istəyirik ki, Razdan Madoyan bundan əvvəl 2021-ci ilin oktyabrın 8-də də Ermənistanın “Noyan Tapan” kanalının efirində çıxış etmişdi [2]. Həmin vaxt “erməni politoloqu” R.Madoyan, ermənilərin “Cavaxk” kimi qələmə verərək mənimsəməyə cəhd göstərdiyi Samtsxe-Cavaxeti rayonunun guya tarixən Ermənistana məxsus olduğunu qeyd etmişdi. R.Madoyan hələ bir arsızcasına guya gürcülərin “Cavaxk” rayonunu Ermənistandan oğurladığını bildirmişdi. Daha əvvəlki tarixə diqqət yetirərək, R.Madoyanın 2006-cı ilin martın 14-də verdiyi müsahibəyə [2] nəzər salsaq, onda görərik ki, R.Madoyan həmin vaxtda da Samtsxe-Cavaxeti rayonunun guya heç vaxt Gürcüstana məxsus olmadığını bildirmişdi. Göründüyü kimi, erməni milləçiləri qəsdən ildən-ilə eyni təxribatları müxtəlif yollarla davam etdirərək, mediada antigürcü xarakterli çıxışlar edərək ictimaiyyətə gürcüfobiyanı yeritməyə çalışırlar ki, burada da məqsəd Ermənistanın əsassız ərazi iddialarını reallaşdırmaq və erməni yalanlarını beynəlxalq ictimaiyyətə sırımaqdır.

Qeyd edək ki, gürcü ziyalıları erməni millətçilərinin yalanlarını açıq-aşkar ifşa edirlər. Gürcü politoloqu Zurab Abaşidze Samtxse-Cavaxeti məsələsi ilə bağlı erməni yalanlarına fikrini bu şəkildə bildirir: “Bu bəyanatlar heç bir halda Gürcüstan cəmiyyətinin əhvalını əks etdirmir. Bu cür bəyanatların ayrı-ayrılıqda verilməsi təxribat kimi qiymətləndirilməlidir”. Eksperin sözlərinə görə, bütün bu təxribatların reallıqla heç bir əlaqəsi yoxdur [3].

Tarixə nəzər saldıqda aydın şəkildə görmək olur ki, ermənilərin gürcülərə qarşı hədsiz dərəcədə nifrəti olub. Gürcü yazıçısı, milliyyətçə abxaz olan Sergi Sacay “Sakartvelos Respublika”da dərc olunan məqaləsində erməni vəhşiliklərini dilə gətirib: “Əsir və ya mülki şəxslər ağaca bağlanıb, başlarına təkər taxılıb yandırılıb. Nə qədər qadın zorlanıb... Bir gürcü qadını erməni ailəsində gizlənərək Yaştxva kəndində ilişib qalıb. Qadına xəyanət edərək onu cəlladların yanına atıblar. O, bütün batalyon tərəfindən zorlanaraq dəli olub” [4].

Gürcü xalqı daim köməyə ehtiyacı olanların yanında olub. Erməni millətçiləri isə gürcülərin xeyirxahlığından sui-istifadə edərək onlara xəyanət ediblər, nifrət bəsləyiblər. Gürcü yazıçısı Sergi Sacay, saxtakar erməni müəllifi olan gürcüfob Xocanıın - Baqramyan batalyonu haqqındakı kitabına nəzər salıb və həmin kitab barəsində fikrini bu şəkildə bildirib: “Bu günlərdə aqressiv separatizmin ideoloqlarından biri olan Xoca adlı şəxsin gürcülərə qarşı etnik təmizləmə və soyqırım törədən zaman xüsusi qəddarlığı ilə seçilən Baqramyan adına erməni batalyonunun hərbi yolu haqqındakı kitabı ilə rastlaşdım. Kitabı vərəqlədim, silahlı qaniçənlərin siyahısında yedizdirdiyim, onlara kömək əlini uzatdığım, qonşumu, işçimi, haqq yoluna saldığım bir çox həmvətənlərimin adlarını gördüm. Bu haqda əvvəllər bilirdim, amma əllərimlə toxunanda gözlərimə inanmadım, doğrudanmı bu qədər xəyanət etmək olar?” [4].

Xoca kimi gürcüfob erməni “tarixçiləri” real tarixi məqsədyönlü şəkildə saxtalaşdıraraq, yeri gəldikdə gürcü xalqına qarşı gürcüfobiyadan istifadə edərək öz cinayətlərinə, məkrli niyyətlərinə haqq qazandırmağa çalışırlar. Qeyd edək ki, 1993-cü il fevralın 9-da yaradılan Baqramyan batalyonu gürcülərlə qarşı xüsusi qəddarlığı və insanlığa sığmayan amansız cinayətləri ilə tarixdə qalıb. Gürcü tarixçisi Bondo Arveladze yazır: “Ermənistan hökuməti Baqramyanların əməllərinə qiymət verməsə, gürcü-erməni qardaşlığından danışmaq ikiüzlülük olar... Baqramyanın cinayətlərini əks etdirən sənədli foto və videolar var” [4].

Ermənistanda gürcüfobiya ilə yanaşı həm də azərifobiya mövcuddur. Erməni millətçiləri daim gürcüləri və azərbaycanlıları gözdən salmaq üçün müxtəlif çirkin yollara əl atıblar. Erməni faşistləri öz məkrli niyyətlərindən ötrü təkcə gürcülərə qarşı yox, azərbaycanlılara qarşı da etnik təmizləmə siyasətini və soyqırmı həyata keçiriblər. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə, keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək küçə və meydanlarda toplaşan dinc əhalini amansızcasına qətlə yetirib. Həmin faciə zamanı yüzlərlə dinc əhali, başqa sözlə desək günahsız azərbaycanlılar həlak olublar. Ümummilli lider Heydər Əliyev ilk dəfə 1990-cı ilin yanvarın 21-də tarixi faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edərək bu hadisənin hüquqa, demokratiyaya, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə yad olduğunu bildirmişdi. Ümummilli lider 1991-ci ilin martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edərək 20 yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh etmişdi: “...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edimişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür”. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. 1997-ci ilin yanvarın 31-də ümummilli lider Heydər Əliyev Milli Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşü zamanı demişdir: “...Xalqımız bundan tarixi nəticə çıxarmalıdır. Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Bilirsiniz, millətin mənafeyi hər bir insanın həyatından üstün olmalıdır” [5].
Bu gün ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçən 20 yanvar şəhidlərinin ruhu şaddır. Ümummilli lider Heydər Əliyevin yolunun layiqli davamçısı Prezident İlham Əliyevin sayəsində 20 yanvar şəhidlərinə və əlillərinə yüksək səviyyədə qayğı göstərilir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzlərinin yaradılması, 20 Yanvar əlillərinin və şəhid ailələrinin dövlət büdcəsi hesabına mənzillə təmin olunması Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində həyata keçirilib [6]. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etdi. Bu gün artıq fəxrlə qeyd edə bilərik ki, işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır.

İstifadə olunmuş mənbələr:

Раздан Мадоян призывает к диверсиям на нефтепромыслах Азербайджана и убийству турецких дипломатов /04.01.2023/ https://www.youtube.com/watch?v=-nIbdOK5Xt4&t=1s

Ermənistan gürcülərin “Cavaxk”ı oğurladığını zənn edir /15.11.2021/ https://www.fact-info.az/news?id=14054

Грузинский политолог: «Джавахк не является сепаратистским регионом» /01.05.2011/ https://noev-kovcheg.ru/mag/2011-08/2529.html

Как армяне убивали грузин – Свидетели. Часть II /05.02.2020/ https://ru.axar.az/news/politika/442450.html

"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 20 yanvar 1990-cı il faciəsinin ildönümləri ilə bağlı çıxışlarına dair ümumi tarixi arayış /Tarix: 17.01,2023/ https://lib.aliyevheritage.org/az/5649464.html

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər /20.01.2022/ https://president.az/az/articles/view/55283

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

John Doe 1 il əvvəl

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

John Doe 1 il əvvəl

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

John Doe 1 il əvvəl

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

John Doe 1 il əvvəl

Azərbaycan və İraq prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər +FOTO=6

Azərbaycan və İraq prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər +FOTO=6

John Doe 1 il əvvəl

Azərbaycan-İraq sənədləri imzalanıb +FOTO=4

Azərbaycan-İraq sənədləri imzalanıb +FOTO=4

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com